EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:13.09.2017 07:32:11

“Hizbullah” lideri Seyid Həsən Nəsrullah Muhərrəm ayı öncəsi dini təbliğatçılar və məddahlarla görüş keçirib.

İslamazeri.com-un “Al Akhbar”-a istinadən verdiyi xəbərə əsasən, Suriya böhranının həll olduğunu və yerdə qalanların pərakəndə mübarizə olduğunu deyən Nəsrullah bildirib: “Biz Suriya müharibəsində olan missiyamızı yerinə yetirdik. Şəhidlərimiz, yaralılarımız və əsirlərimiz siyasi gedişatları dəyişə bildi və yalnız Livanın deyil, bütün bölgənin tarixini yazdılar. Biz Suriyada qalib olduq. Sonuncu planları da uğursuz oldu və hazırda müzakirə yolu ilə nəsə əldə etməyə çalışırlar. İŞİD və “Nusra” ilə 2010-cu ildən davam edən savaş ən böyük çətinliklərdən idi. Bu müharibə 2006-cı ildə olandan daha təhlükəli idi.  2011-ci ildə böyük fitnənin baş verəcəyini ehtimal verirdik.”

Suriya böhranının ilk günlərində İrana səfər edərək, Ayətullah Seyid Əli Xamenei ilə görüşdüyünü deyən Seyid Nəsrullah deyib: “Bizim hamımızın qənaəti bu idi ki, Suriya dövləti 2-3 aya çökəcək. Biz öz baxışlarımızı bildirdik və dedik ki, “Dəməşqdə müharibə etməsək Livanın cənubunda, Bəlabəkdə, Bəqada, Ğaziyədə savaşmağa məcbur qalacağıq. İnqilab rəhbəri sözlərimi tamamlayaraq bizə bildirdi ki, təkcə bu bölgələrdə deyil, Kerman, Xuzestan, Tehran və digər şəhərlərdə müharibə etməyə məcbur qalacağıq. Bu cəbhənin bir neçə yönü var; İran, Suriya və Livan. Suriya yönünün başçısı Bəşər Əsəddir. Onun qalib gəlməsi üçün çalışmalıyıq və o qalib gələcək!”.

“Bu böhrandan 2 il keçdikdən sonra Səudiyyə Ərəbistanı Əsədə mesaj yollayaraq, Suriyanın İran və “Hizbullah”-dan ayrılması ilə bu ölkədə olan böhranı həll edəcəyini bildirdi. Biz ilk gündən etibarən iraqlı qardaşlarımıza xəbərdarlıq etdik ki, İŞİD-lə müharibə aparmasalar bu qrup Deyrəzzura hakim olacaq və növbəti hədəfi də İraq olacaqdır. Bizim proqnozumuz düz çıxdı və bu terror qruplaşması İraqın 1/3-nə hakim oldu. Soruşuram: Əgər biz cihaddan və vəzifəmizdən geri çəkilsəydik Livanın başına nə gələrdi? Və əgər İraq xalqı Ayətullah Sistaninin fətvasına əməl etməsəydi nələr olardı? Suriya müharibəsi bərəkətli idi və biz vəzifəmizi yerinə yetirmək üçün bu ölkəyə getdik. Bizim qardaşlarımız bu ölkədə bəzən 8 ay mühasirədə qaldı. Livanda olan bəziləri, nə etsən də insandan razı qalmırlar.”, -deyə "Hizbullah" lideri əlavə edib.


Seyid Nəsrullah Ayətullah Xamenei və Ayətullah Sistanidən danışdı...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda dəniz poliqonunda təlimlər keçirilir - FOTOLAR
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.
     18.11.2017
    Amerika Türkiyəni təhdid etdi
    ABŞ-dan Türkiyəyə S-400 təhdidi: NATO texnologiyalarına giriş məhdudlaşdırılar.
     18.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ