1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:07.10.2018 12:54:15

Səudiyyəyə yaxın iraqlı siyasətçi İraqın "Umma" partiyasının lideri Mital Al-Alusi açıqlama ilə çıxış edib

İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, İraqın "Umma" partiyasının lideri Mital Al-Alusi açıqlamasında bildirib ki, İran, İraqda özünə yaxın şəxsləri yüksək postlara təyin olunmasına nail olmaqla ABŞ-a bu ölkədə qalib gəlməkdədir.

Alusinin fikirlərinə görə, kürd siyasətçi  "Kürdüstanın Vətənsevərlər Birliyi" üzvü Bərham Salihin İraq prezidenti olması - Tehranın Vaşinqton üzərində növbəti qələbəsidir.
"İran İraq hökümətində iki mühüm institutu ələ keçirib; Məhəmməd əl-Xalbusini parlamentin spikeri təyin etmək və Bərham Salihin prezident olması ilə, bu çox təhlükəli əlamətdir.", - deyən Alusi, İranın İraqın daxili işlərinə qarışmasının bundan sonra şiə bloklar vasitəsilə daha çoxalacağını bildirib.

Alusi daha sonra deyib: "İran və Qasim Süleymani hazırda  Bağdaddakı "Yaşıl Zona"da daxil olmaqla(Yaşıl Zona səfirliklərin olduğu ərazidir), İraqın hava, su və torpaqlarına nəzarət edir."

Qeyd edək ki, Bərham Əhməd Salih "Liverpul" Universitetinin Kompüter Mühəndisliyi bölümündən məzun olub. Səddam dönəmində mübarizədə olub və rejim iki dəfə onu həbsə atıb. Bəəs rejimi tərəfindən işkəncələrə məruz qalan Salih İraqın dövlət telekanalı olan "Əl-İraqiyyə"də özünü Cəlal Tələbaninin tələbəsi olaraq gördüyünü bildirmişdi.


Səudiyyəyə yaxın iraqlı siyasətçi: İran ABŞ-a İraqda qələbə qazandı...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İraq xalqı İsrailə qarşı imza kampaniyası başladıb
    İraq xalqı "Sionist İsrail rejimi ilə hər hansı bir əməkdaşlıq və qarşılıqlı əlaqənin İraqa xəyanət olduğunu vurğulayıb.
     22.02.2019
    Səudiyyə Ərəbistanında həbsdə olan din xadimi aclıq aksiyasına başlayıb
    Səudiyyə rəsmiləri hələlik məsələyə dair bir açıqlama verməyib.
     21.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ