Yəmən hökuməti müvafiq bəyanatla çıxış edib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Yəmən bəyan edib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə 2015-ci il 26 Mart tarixindən başlatdığı hərbi əməliyyat nəticəsində 32 mindən çox yəmənli həyatını itirib və yaralanıb.
“12260 nəfər (Səudiyyə) təcavüzünün qurbanına çevrilib ki, onlardan da 1769-u qadın və 2533-ü isə uşaqdır. 20476 insan isə yaralanıb ki, onlardan da 3015-i qadın və 4005-i uşaqdır”, - deyə qeyd edilir.
Bildirilir ki, Yəmənin dinc əhalisinə qarşı cinayətləri təsdiqləyən sənəd və dəlillər DİN-in sərəncamındadır və ictimaiyyətə təqdim ediləcək.
Xatırladaq ki, Səudiyyə koalisiyası 2015-ci ildən Yəmən xalqına qarşı hərbi əməliyyat keçirir. Koalisiyanın blokadası nəticəsində ölkə əhalisinən yarısından çoxu aclıq çəkir.
Səudiyyənin Yəməndə qətlə yetirdiyi qadın və uşaqların sayı açıqlandı