EURO 1,9069 TRY 0,3002
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.07.2019 12:30:28

“Məlumatlar təsdiq edir ki, dinc əhali arasındakı qurbanların sayı ikiqat artıb”

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın demokrat senatoru Kris Mörfi bəyan edib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə endirdiyi zərbələr nəticəsində dinc əhali arasındakı qurbanların sayı ikiqat artıb.

“Məlumatlar təsdiq edir ki, dinc əhali arasındakı qurbanların sayı ikiqat artıb”, - deyə o, ABŞ dövlət katibinin hərbi-siyasət üzrə məsləhətçisi Klark Kuper ilə beynəlxalq məsələlər üzrə komitədə birgə keçirdiyi dinləmələr zamanı bildirib. Sözügedən dinləmələr  isə qanunvericilər və administrasiya arasındakı Səudiyyə Ərəbistanına silah tədarükü ilə bağlı mübahisələrinin fonunda baş tutub. Bununla belə o, zaman periodunu və ölənlərin sayını dəqiqləşdirməyib.

Mörfi dövlət katibinin köməkçisindən bu məlumatları təkzib ya inkar edəcəyini soruşub. Kuper isə suala cavab verməyib və sadəcə olaraq qeyd edib ki, zərbələr zamanı dinc əhali arasındakı qurbanlarının sayının azaldılması üzrə ABŞ və Səudiyyə Ərəbistanı arasında işlər aparılır.

BMT-in uşaq hüquqları üzrə komitəsi ötən ilin sonunda bildirmişdi ki, 2015-ci ilin Mart ayından etibardən Səudiyyə koalisiyasının Yəməndəki hücumları nəticəsində azı 1248 uşaq həlak olub, 1284-ü isə yaralanıb.


Səudiyyənin Yəməndə öldürdüyü dinc insanların sayı 2-qat artıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlı xanımın Mübariz İbrahimovla bağlı sözləri internetdə rekord qırır - VİDEO
    Xanımın bu videosu sosial şəbəkələrdə yayılıb və qısa zamanda minlərlə baxış toplayıb.
     22.07.2019
    Bakı-Qazax yoluna “30” nişanı qoyub sürücülərə təhlükə yaradırlar
    Bakı-Qazax yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində, təmirlə əlaqədar quraşdırılan yol nişanları intizamlı sürücülərə birbaşa təhlükə yaradır.
     22.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ