EURO 1,8968 TRY 0,2935
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.08.2019 10:16:29

Lucayn əl-Haslul 2018-ci ilin mayında qadın aktivistlərə qarşı intensiv basqı kampaniyası çərçivəsində həbs olunmuşdu...

Islamazeri.com "voa"ya istinadən xəbər verir ki, ailə üzvlərinin verdiyi məlumata görə, həbsdə olan səudiyyəli qadın haqları fəalı Lucayn əl-Haslul azadlığa buraxılması müqabilində işgəncəyə məruz qaldığını inkar edən sənədə imza atmaqdan imtina edib.

Lucayn əl-Haslul 2018-ci ilin mayında qadın aktivistlərə qarşı intensiv basqı kampaniyası çərçivəsində həbs olunmuşdu. 

Qardaşı Valud əl-Haslulun dediklərinə görə, ilk öncə Lucayn sənədə imza atmağa razı olmuşdu, lakin Səudiyyə rəsmiləri ondan video-kamera qarşısında bu inkarı bəyan etməsini tələb ediblər.

"Dövlət rəsmisi ondan videoya çəkilmək barədə sənədə imza atmağı tələb edəndə, bacım kağızı dərhal cırıb" , Valid yazıb.

Onun sözlərinə görə, bacısı hesab edir ki, Səudiyyə rəsmiləri işgəncələrə birbaşa rəhbərlik etmiş kral vəliəhd Məhəmməd bin Salmanın müşaviri olan Səud əl-Kahtaninin əməllərini ört-basdır etməyə çalışırlar.

“Doğma kiçik bacım deyib ki, onu tez-tez qamçılayır, döyür, elektro-şok və əzaba məruz qoyurlar. Bəzən maskalı kişilər gecənin yarısında onu oyadır, ağlasığmaz hədələr bağırırlar” , Valid əl-Haslul əlavə edib.

 
 Səud əl-Kahtani siyasi fəallara verilən işgəncələrdə və jurnalist Camal Xaşuqcinin qətlində ittiham olunur.
 

Bir çox fəallar Kahtanini siyasi məhbuslara işgəncə verməkdə ittiham edib.

Sabiq müşavir Kahtani 2018-ci ilin oktyabrında səudiyyəli jurnalist Camal Xaşuqcinin öldürülməsində ittiham olunduqdan sonra vəzifəsindən istefa verib.

Xaşuqcinin yoxa çıxmasının ardınca ABŞ-da bir sıra qanunverici Vaşinqton-Riyad münasibətlərinə yenidən baxılmasına çağırıb.


Səudiyyəli qadın fəal işgəncəni danmaqdan imtina etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropa İttifaqı dinc aksiya iştirakçılarına qarşı zorakılığı araşdırmağa çağırır
    Avropa İttifaqı rəsmi Bakını oktyabrın 19-da dinc mitinqin iştirakçılarına qarşı hədsiz polis zorakılığını araşdırmağa çağırır.
     21.10.2019
    Azərbaycana gələn turistlərin sayı 10%-ə yaxın artıb
    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2 418,3 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ