EURO 1,9322 NEFT 61,75
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:09.08.2018 14:23:00

Səudiyyə Ərəbistanında Kral Salmanın əmrilə bir nəfərin başı kəsilərək bədəni çarmıxa çəkilib

Səudiyyə Ərəbistanında Kral Salmanın əmrilə bir nəfərin başı kəsilərək çarmıxa çəkilib.

İslamazeri.com "bloomberg"ə stinadən xəbər verir ki, Myanmar əsilli Elias Abulkalaam Cəmaləddin adlı şəxs boynu vurulduqdan sonra başsız bədəni Məkkə yaxınlığında meydanların birində asılıb.

Məlumata görə, Səud polisi onu bir qadının evinə basqın etməkdə,  oğurluqda və  basqın olunan evin sahibəsi olan qadına təcavüz cəhdində ittiham edib.  Elias Abulkalaam Cəmaləddin şəriət məhkəməsilə deyil, Kral Salmanın əmrilə başı kəsilməsi, daha sonra başsız bədəninin meydanda sərgilənməsi etirazlara səbəb olub. Həmçinin çarmıx səhnəsi İŞİD-in öz qurbanlarına qarşı etdiyi səhnəni xatırlatması diqqət çəkib.

Sosial mediada isə, Kral Salmanın bu işi başqa Avropa ölkəsi və ya ABŞ vətəndaşınin törətdiyi təqdirdə baş kəsmə və çarmıx əmrinin verib-verməyəcəyilə bağlı müzakirələr başladıblar.

Qeyd edək ki, axırıncı dəfə baş kəsilərək cəsədinin çarmıxa çəkilmə səhnəsi Səudiyyədə 2010-cu ildə həyata keçirilib.


Səudiyyədə Kral Salmanın əmrilə Myanmar əsilli şəxsin başı kəsilərək bədəni çarmıxa çəkildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-dan Ərdoğana Suriya mesajı: Bu - yolverilməzdir!
    Pentaqon rəsmisi Türkiyə prezidentinin bəyanatına münasibət bildirib.
     13.12.2018
    İraqda doqquz yaşlı uşaq müəllimin zərbəsi nəticəsində dünyasını dəyişdi
    10 dekabrda 9 yaşlı məktəbli müəllimin zərbəsi nəticəsində dünyasını dəyişib
     13.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ