EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:17.01.2019 17:26:22

Səudiyyədə qeyri-adi dizaynda məscid düzəldilib.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanında olduqca qeyri-adi dizayna malik məscid ətrafında müzakirələr qızışmaqdadır.

Həmin müsəlman məbədinin zahirən qəfəs və ya həbsxananı xatırlatması ilə yanaşı, tikili olduqca qeyri-tipik materiallardan, o cümlədən də alüminium, orqanik şüşə və rulon poladdan hazırlanıb.

Döşəmə müsəlmanlar üçün adi olan xalçalarla döşənsə də, məscid minarəsindən gündə 5 dəfə azan səsləndirilsə də, qeyri-adi məbəd cəmiyyətdə birmənalı olmayan reaksiyaya səbəb olub.

Bir çoxları qeyd ediblər ki, məscid, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədi ilə dövlətlərin sərhədində quraşdırılan maneələri, içərisində olan adamlar isə əsirləri xatırladır.

Maraqlıdır ki, məscidin adı “Cənnətin çoxlu qapısı var”dır.

Qeyri-adi layihənin müəllifi Aclan Harem jurnalistlərlə söhbət zamanı deyib ki, onun ideyasının məqsədi, belə maneələrin insanları nə qədər təcrid etdiyini göstərmək olub.

Məscidin şəffaf divarları isə, onun sözlərinə görə, bu manəni aşmaq məqsədini daşıyır.


Səudiyyədə həbsxanaya bənzər məscid tikildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ