Səudiyyə yenə hücum həyata keçirib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Ərəbistan rejimi Yəmən xalqına qarşı vəhşiliyinin yeni mərhələsində bu ölkənin yaşayış massivlərini bombalayıb.
Yəmənin səhiyyə nazirliyi bildirib ki, Səud koalisiyasının cümə axşamı günü Yəmənin Əlcuf vilayətində yerləşən Əlməatirə bölgəsinə qarşı hücumlarında əksər hissəsi uşaq olan doqquz nəfər ölüb, on iki qadın və uşaq da yaralanıb.
İyul ayında da Səud koalisiyasının qırıcıları Əlcuf vilayətinin Əlhəzm şəhərində keçirilən bir toy mərasimini bombalamış, nəticədə 35 nəfər həyatını itirmişdi.
Səudiyyə Yəməni bombaladı: Mülki vətəndaşlar həyatını itirdi