EURO 1,9876 NEFT 78,5
USD 1,7 RUB 0,0249
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:12.06.2018 13:17:38

"Sərhədsiz Həkimlər Təşkilatı" insidentlə bağlı məlumat verib.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcıları bazar ertəsi günü səhər saatlarında Yəmənin Hədca əyalətinin Abbas şəhərindəki “sərhədsiz həkimlərin” xəstəxanasına zərbələr endirib.

Hadisə ilə bağlı məlumat verən “Sərhədiz Həkimlər Təşkilatı” (SHT) əlavə edib ki, bu hücum Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin tibb mərkəzləri və tibbi yardıma ehtiyacı olanlarla bağlı heç bir norma və qanunlara əməl etmədiyini  bir daha göstərib və onların bu cür hərəkətləri qəbuledilməzdir.

SHT-in Yəmən nümayəndəliyinin başçısı Qui Martinez bununla bağlı deyib ki, təşkilat müvəqqəti olaraq Abbas şəhərindəki fəaliyyətini əməkdaşların və xəstələrin sağlamlığı və təhlükəsizliyinə zəmanət verilənədək dayandırır.

Xatırladaq ki, artıq bir neçə ildir ki, Səudiyyə Ərəbistanı və onun başçılıq etdiyi ərəb koalisiyası Yəmənə qarşı işğalçılıq siyasəti yürüdür. İndiyədək 14 mindən çox dinc insan qətlə yetirilib, on minlərlə insan isə yaralanıb, milyonlarla yəmənli isə ev-eşiklərindən məhrum olub.

Sərhədsiz həkimlər (fr. Médecins sans frontières) â€” silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində zərər görmüş şəxslərə tibbi yardım göstərilməsi məqsədi daşıyan beynəlxalq qeyri-hökümət təşkilatı.


Səud koalisiyası Yəməndə xəstəxananı bombaladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Daha bir şöbə müdiri işdən çıxarıldı
    Eldar Əzizov daha bir şöbə müdirini işdən çıxardı
     19.09.2018
    Birləşmiş Ərəb Əmirlikləri İraqda İŞİD-ə dəstək verməyə davam edir
    Birləşmiş Ərəb Əmirlikləri İraqda İŞİD terror təşkilatına qarşı yardımlarını davam etdirir.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ