EURO 1,9105 TRY 0,2915
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:08.02.2019 16:18:17

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində yerləşən körpələr evi-uşaq tərbiyə müəssisəsində qeydə alınıb.

Müəssisənin rəhbərliyi Şəmkir rayon polis şöbəsinə müraciət edərək bildirib ki, gecə oradan 2 ədəd kompyuter, 2 ədəd DVD və digər qiymətli əşyalar oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü, Aşağı Seyfəli kənd sakini Mahir Qurbanov şübhəli qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən oğurlanan əşyalar aşkarlanaraq istintaqa təhvil verilib.

İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və ifadəsində hadisə vaxtı ağır dərəcəli sərxoş olduğunu və törətdiyi əməldən peşman olduğunu bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sərxoş kişi körpələr evində cinayət törətdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlılar kimə səs verib? - Ukrayna MSK-sı açıqladı
    Ukraynanın Mərkəzi Seçki Komissiyası bu ölkənin Azərbaycandakı Səfirliyində dünən keçirilmiş prezident seçkilərinin nəticələrini açıqlayıb.
     22.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ