1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.09.2017 11:45:40

ABŞ-ın nüvə müzakirə heyətinin əsas üzvlərindən olan Vendi Şerman, ölkəsinin nüvə razılığını ləğv etmə ehtimalından söz açıb

İslamazeri.com “Times of İsrael” saytına istinadən xəbər verir ki, İranla əldə olunan nüvə razılığının pozulmasını Amerika üçün ən pis addım olaraq qələmə verən Şerman bildirib: “Bu razılığın istər birbaşa, istərsə də dolayı yolla ləğv olunması ABŞ-ın milli təhlükəsizliyinin əleyhinə atılan ən pis addımdır. Bu razılığın ləğv olunması bizim açıq-aşkar qanunsuzluq etdiyimizin göstəricisidir. Şübhəsiz ki, belə olan halda İran öz yoluna davam edəcək və nüvə silahı əldə etmək üçün hərəkətə keçəcək.  Digər tərəfdən də Beynəlxalq Agentlik də İranda olan proqramlara olan nəzarətini əldən verəcək.”

Şerman sözlərinin sonunda bu məsələnin ciddi mənfi təsirlərinin olacağını bildirib.

Qeyd edək ki, Vendi Şerman İranla nüvə müzakirə heyətində olmaqla yanaşı ABŞ dövlət katibinin birinci müavini vəzifəsində çalışıb.


Şerman: Nüvə müzakirələrimizə son versək İran nüvə fəaliyyətini gücləndirəcək və...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Liviyada mühacir qayığı batdı
    Liviyanın Zuvarə şəhərində immiqrantları daşıyan qayığın batdığı, yüzdən çox adamın itkin düşdüyü bildirilib.
     21.09.2017
    Tacikistan boks və digər idmanları qadağan edəcək - SƏBƏB
    Tacikistan maraqlı qanun layihəsi hazırlanıb.
     21.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ