Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:14.01.2022 12:17:41

Sepah həmçinin, son günlərdə bərk yanacaqla işləyən və korpusu sabiqkilərdən çox yüngül olan süni peyk daşıyıcısını müvəffəqiyyətlə sınaqdan keçirdiyini bildirib.

“İndi bizdə elə bir güc var ki, əgər Səddam Hüseyn kimi İrana yenidən hücum edən olsa müharibə həmin zamandakı səkkiz ilə deyil, səkkiz saat ərzində bitər.”

İslamazeri.com "SalamNews"a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Keşikçilər Ordusunun Hava-Kosmik qüvvələrinin komandanı general Əmir-Əli Hacızadə deyib.

Ə.Hacızadə İranın Qum şəhərində din alimlərilə birgə keçirilən iclasda çıxışı zamanı son zamanlarda ölkədə yeni növ süni peyk daşıyıcısının ərsəyə gətirildiyini bildirib və baş verə biləcək müharibədə qarşı tərəfin itkilərini açıqlayıb.

Son zamanlarda bərk yanacaqla işləyən süni peyk daşıyıcı raketin müvəffəqiyyətlə sınaqdan keçirildiyini deyən iranlı general əlavə edib ki, "hazırki vəziyyətdə ölkəyə qarşı müharibə olarsa Səddam Hüseynin zamanındakı kimi səkkiz ilə deyil, səkkiz saat ərzində bitər."

Qeyd edək ki, Sepah son günlərdə bərk yanacaqla işləyən və korpusu sabiqkilərdən çox yüngül olan süni peyk daşıyıcısını müvəffəqiyyətlə sınaqdan keçirdiyini bildirib.


SEPAH generalı: "İrana hücum olarsa, müharibə səkkiz saat ərzində bitər"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022
    NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə hərbi gəmi və təyyarə göndərir
    NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə döyüş təyyarələri və döyüş gəmiləri göndərəcəyini açıqlayıb.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ