EURO 2,0016 NEFT 79,57
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.05.2018 13:55:40

Riçard Burr bildirib ki, kəşfiyyat komitəsi bu nəticələrə 14 ay ərzində “mənbələr, metodlar və təhlilləri nəzərdən keçirdikdən” sonra gəlib.

İslamazeri.com "voanyus"a istinadən xəbər verir ki, ABŞ Senatının Kəşfiyyat komitəsinin sədri Riçard Burr deyib ki, onun rəhbərlik etdiyi təhqiqatın nəticələri Rusiyanın Donald Trampa kömək etmək üçün Birləşmiş Ştatlarda 2016-cı ilə seçkilərinə müdaxilə etdiyini göstərir. Bu, ABŞ kəşfiyyatının gəldiyi nəticələrlə üst-üstə düşür.

“Biz bu nəticələri sual etmək üçün heç bir əsas görmürük. Heç bir şübhə yoxdur ki, Rusiya bizim 2016-cı ildə seçkilərimizə müdaxil etmək üçün presedenti olmayan şəkildə səy göstərib”, komitənin respublikaçı sədri bildirib.

Kəşfiyyat komitəsinin demokrat həmsədri Mark Uorner təhqiqatı alqışlayıb. “Rusiyanın səyləri genişmiqyaslı və mükəmməl olub və Donald Trampa kömək və Hillari Klintona mane olmaq üçün prezident Putinin özü tərəfindən sifariş edilib”, o bildirib.

Riçard Burr bildirib ki, kəşfiyyat komitəsi bu nəticələrə 14 ay ərzində “mənbələr, metodlar və təhlilləri nəzərdən keçirdikdən” sonra gəlib. 

Senatın Kəşfiyyat komitəsi bunu Ədliyyə komitəsinin 2016-cı ilin iyun ayında Trampın kampaniyasının nümayəndələri və onun demokrat rəqibi olan Hillari Klinton haqqında kompomat informasiya verməyi vəd edən bir qrup rusiyalı ilə görüşü ilə bağlı 2500 səhifədən ibarət stenoqrammanı açıqlamasından sonra elan edib.

Respublikaçıların başçılıq etdiyi komitə Nyu Yorkda Tramp qülləsindəki görüş və orada iştirak edən səkkiz nəfərlə bağlı qeydlər və başqa informasiyanı açıqlayıb.


Senatorlar ABŞ kəşfiyyatının Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı nəticələri ilə razıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman ölkəsində onlarla insan gün vurmasından öldü
    Pakistanda gün vurması nəticəsində onlarla insan dünyasını dəyişib.
     22.05.2018
    İsraildə ailələrdə cinsi təcavüz halları çoxalıb - STATİSTİKA
    "Elem" cəmiyyətin İsraildəki zorakılıq halları ilə bağlı məlumat yayıb.
     22.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ