EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:28.05.2019 17:00:35

Polis həmin şəxsin həyətindən xüsusi qaydada becərilmiş 9 ədəd çətənə kolu aşkarlayıb.

İslamazeri.com "Kəpəztv"yə istinadən xəbər verir ki, Şəmkirdə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Polis həmin şəxsin həyətindən xüsusi qaydada becərilmiş 9 ədəd çətənə kolu aşkarlayıb.

Şəmkir rayon polis şöbəsinə Könüllü sakini Tanrıverdi Verdiyevin yaşadığı evin həyətində narkotik tərkibli bitkilər yetişdirməsi barədə əməliyyat məlumatı daxil olub. Sözügedən ünvana baxış keçirən asayiş keşikçiləri məlumatın doğru olduğunu üzə çıxarıblar. Müəyən edilib ki, Verdiyev bir neçə ay əvvəl həyətində narkotik tərkibli bitkilər əkərək  onlara aqrotexniki qaydada qulluq göstərib.

"Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Könüllü kənd sakini Verdiyev Tanrıverdi Fərhad oğlunun yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilən zaman oradan torpağa əkilmiş və xüsusi aqro texniki qaydada qulluq eidlmiş ümumilikdə 9 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.", -deyə baş müstəntiq Mehrab Məmmədov bildirib.

Tanrıverdi Verdiyevin xüsusi qulluq edib yetişdirdiyi çətənə kollarının hündürlüyü 1 metr- 1 metr 60 santımetr arasında olub. Həmin kollar aqronom və hal şahidlərinin iştirakı kökündən çıxarılaraq ekspertizaya göndərilib. Verdiyev bir neçə ildir narkotik istifadəçisi olduğunu və bitkiləri də özü üçün əkdiyini deyib. "Özüm istifadə edəniyəm. Mart ayında aldim ki, istifadə edərəm. Heç kimə satmamışam.", -deyə saxlanılan şəxs əlavə edib.

Saxlanılan şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır. Günahı tam sübuta yetirilərsə, bu, Verdiyevin ilk məhkumluğu olacaq.


Şəmkirdə narkotik becərən şəxs saxlanıldı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabadda nəzir qutusundan oğurluq edən şəxs saxlanılıb
    Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
     26.06.2019
    Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub
    Tbilisidə iyunun 20-si və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb
     26.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ