Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:8.12.2021 14:51:41

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Fəxrəddin Quliyev və digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 və digər maddələri ilə ittiham elan edilib.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı aparılıb.

Bu barədə İslamazeri.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Aparılan istintaqla Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş Ayaz İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Həkim Məsləhət Komissiyasının bütün səlahiyyətlərinin həmin xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində işləmiş Fəxrəddin Quliyevə həvalə etməsi, habelə sonuncunun Həkim Məsləhət Komissiyasının üzvü kimi 8 nəfər şəxsə əlillik dərəcəsi təyin edilməsi üçün xəstəxananın həkim terapevti Əminə Zamanova, Qaranüy kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyən Dünya Qarayeva, Şəmkir rayon sakinləri - Kifayət Abdıyeva və Həbayət Həsənovanın köməkçiliyi ilə ümumilikdə 20 min 800 manat pul vəsaitini rüşvət qismində almasına və həmin şəxslərin adına olan göndərişlərə saxta diaqnozlar qeyd edərək müvafiq elektron sistemə daxil edilməsi nəticəsində onlara qanunsuz olaraq əlillik dərəcəsi təyin edilməklə ümumilikdə 40 min manat məbləğində pensiya ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Fəxrəddin Quliyev və digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma - təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib, Fəxrəddin Quliyev barəsində həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Şəmkir xəstəxanasının baş həkiminin 8 nəfərə saxta əlillik dərəcəsi verdiyi aşkarlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ