EURO 1,9673 NEFT 80,52
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.01.2018 12:25:26

Şəkidə Topqarağac məscidi ətrafında nə baş verir?

Şəkidə bir neçə gündür ki, Topqarağac məscidi ətrafında baş verən hadisələrlə bağlı mediada müxtəlif məlumatlar yayılır. 

İslamazeri.com olaraq məsələni dəqiqləşdirmək üçün Şəkidə yaşayan bir qrup dindar ilə əlaqə saxlayıb. Tanınmış dindarlardan biri (adının açıqlanmasını istəməyən) bu olaylarla bağlı saytımıza maraqlı və mediada açıqlanmayan açıqlamalar verdi. 

Məlumata görə, məscidə yığışanlar ənənəvi İslamla əlaqəsi olamayan bir təriqət üzvləridir (nə klassik sünnilik, nə də şiə).

"Onlar iki dəfə namaz qılır və özünü sünni təriqətindən olan Məmmədəfəndi adlı ruhaninin davamçıları hesab edirlər (red: hazırda sünni məzhəbinin dediklərinə əməl etmədikləri bildirilir). Onlar vəfat etmiş Məmmədəfəndinin qəbrini ziyarətgah etmiş və dində olmayan şeyləri dinə nisbət verdikləri iddia edilir. Onlar ölkədə missionerlik fəaliyyətlərindən sonra qeydiyyatdan keçmək üçün təklif olunub, lakin onlar bunu qəbul etməyiblər. Əllərində olan bir məscidi aldıqdan sonra,  indi daha çox yığıncaq və toplantı üçün istifadə etdikləri  Topqarağac(Qışlaq) məscidinin qanunla fəaliyyət etməyəcəyi təqdirdə bağlanacağı xəbərinə isə başda Lətifov Cabir olmaqla bir neçə nəfər etiraz edib. Polisə qarşı müqavimət edənlər saxlanılıb məhkəməyə göndərilib.", -deyə Şəkidəki mənbəmiz bildirib.

 Məhkəmə  Mustafayev Yunus Əhməd oğlu, Sadıqov Nazim Məmmədhəsən oğlu, Lətifov Cabir Sabir oğlu, İslamov Tahir, Hacıyev Qəzənfər Nuru oğludur ki, hər biri 30 sutka həbs cəzasına məhkum edib. Əliyev Şirin Baba oğlu və Rizvanov Əlfəddin isə 200 manat cərimə ödəməli olacaq.

Rəsmi qurumlar məsələ ilə bağlı açıqlama verməyiblər.


Şəkidə Topqarağac məscidi ətrafında nə baş verir? - EKSKLÜZİV

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İcra Hakimiyyətinin rəsmi saytındakı gülünc mənzərə - FOTO
    Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytında maraqlı mənzərə ortaya çıxıb.
     16.10.2018
    Trampın müşaviri Cənubi Qafqaza niyə gəlir? - İran versiyası
    Boltonun Qafqaz turuna çıxmasının əsas səbəblərindən biri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqəlidir.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ