EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:21.01.2019 14:52:33

Mərkəzdən deyilib ki, həmin dərmanlar ötən il ərzində geri çağırılıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin "Thiogamma®Turbo" infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Mərkəzdən deyilib ki, həmin dərmanlar ötən il ərzində geri çağırılıb.

Dərmanlar flakonlarda sızma ilə əlaqədar sterilliyin və apirogenliyin pozulması riski əsas götürülərək geri çağırılıb.
2018-ci ilin ikinci yarımilliyi ərzində Mərkəzin Farmakonəzarət sektoru tərəfindən dərman vasitələrinin təhlükəsizliyi üzrə alınmış siqnalların risk-fayda nisbətlərinin araşdırılması nəticəsində Çinin "Zhejiang Huahai Pharmaceuticals" şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında kanserogen xüsusiyyətlərə malik olan "N-nitrosodimethylamine" (NDMA) maddəsi tapıldığından həmin substansiyadan istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri geri çağrılıb. Bu siqnal üzrə araşdırmaların davam etdiyi müddətdə həmin dərman vasitələrinin ölkəyə idxalı, topdan və pərakəndə satışı qadağan edilib.

2018-ci ilin ikinci yarımilliyi ərzində Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi tərəfindən mərkəzin laboratoriyasına yönləndirilmiş 16270 sayda (il ərzində 31886 sayda) dərman vasitəsinin analizi aparılaraq müvafiq rəylər verilib.


Səhiyyə Nazirliyi tərəfindən bu dərman niyə geri çağırıldı? - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda körpüdə ağır qəzanın görüntüləri yayıldı - VİDEO
    Ötən gün Bakıda körpüdə aşan avtomobilin videogörüntüləri yayılıb.
     23.02.2019
    Suriyadan İraqa 40 üstü bağlı yük maşını keçib
    Suriya İnsan Haqqları Müşahidə Təşkilatı açıqladı
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ