EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:29.01.2019 14:38:53

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyir ki, son illərdə Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib

Son illərdə Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Quba Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan mediatur zamanı jurnalistlərə müsahibəsində bildirib.

“Dövlətimizin başçısının tapşırığına əsasən, bu ilin sonuna qədər regionlarda əsaslı şəkildə təmir olunmayan və ya yenidən tikilməyən bir xəstəxana da qalmayacaq. İlin sonunadək regionlardakı bütün səhiyyə müəssisələrində Quba Rayon Mərkəzi Xəstəxanasında olduğu kimi yüksək şərait yaradılacaq. Bütün xəstəxanalar ən yüksək, müasir standartlara cavab verəcək” - deyə Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib.

Pərviz Abubəkirovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz


Səhiyyə Nazirliyi: “Regionlarda təmir olunmayan bir xəstəxana da qalmayacaq” - AUDİO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda axtarışda olan şəxs Moldovada saxlanılıb
    Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub.
     19.08.2019
    Tramp öz tərəfdarını təhqir etdi
    ABŞ prezidenti öz tərəfdarını təhqir edib.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ