EURO 1,9423 NEFT 72,47
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:22.05.2018 14:06:11

Ermənistanın təxribatının qarşısını alarkən həlak olan əsgər “Şücaətə görə” medalı ilə təltif olunub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.

APA-nın məlumatına görə, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.

Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.


Şəhidimiz “Şücaətə görə” medalı ilə təltif edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan: Din və bayrağımıza hücum edənlər bizi diz çökdürmək istəyirlər!
    Ərdoğan ölkəsinə qarşı olan iqtisadi təzyiqlə bağlı danışıb.
     20.08.2018
    Maşın qəbirstanlıqlarından aldığı retro avtomillərə nəfəs verdi - FOTO-VİDEO
    Türkiyənin Ərzincan şəhərində yaşayan Metin Köksal adlı avtomobil ustası ölkənin dörd bir tərəfindən əzilmiş, yararsız hala düşmüş retro avtomobilləri alaraq yeniləyir.
     20.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ