1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.07.2020 11:41:59

Azərbaycan paytaxtı Bakının Qaradağ rayonunda vətənsevər gənclər - “Zühur üçün” adlı aksiyanın davamında şəhidlərin adından aztəminatlı ailələrə yardım ediblər

İslamazeri.com xəbər verir ki, Azərbaycan paytaxtı Bakının Qaradağ rayonunda vətənsevər gənclər - “Zühur üçün” adlı aksiya çərçivəsində başda  Şəhid General Polad Həşimov olmaqla bütün iyul şəhidlərinin adından aztəminatlı ailələrə yardım paylayıblar.

Az.shafaqna.com-a bu haqda aksiya təşkilatçıları qrupunun üzvü İlkin Novruzov məlumat verib.

“Biz Bakıda “Zühur üçün” aztəminatlı ailələrə yardım birliyi tərəfindən, başda Şəhid General Polad Həşimov olmaqla iyul ayında  şəhid olmuş zabit və əsgərlərimiz adından Sahil və Ümid qəsəbələrində 45 aztəminatlı ailəyə və kənar məntəqələrdə yaşayan 5 aztəminatlı ailəyə ərzaq yardımları payladıq. Bu addımla başda General şəhidimiz olmaqla, şəhidlərin xatirəsini gözəl aksiyalarda yad etmiş olduq. Gələcəkdə belə aksiyaları daha böyük həcmdə keçirmək planlarımız da var. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət, döyüşən hərçbilərimizə qələbə və zəfər arzu edirik.”, -deyə İlkin Novruzov qeyd edib.

İlkin Novruzov istəyən bütün yardımsevərlərin bu aksiyaya dəstək verə biləcəyini önə çəkərək “Bizim aksiyalarla bağlı foto və videoçəkilişlər sosial şəbəkələrdə var. Bizimlə əlaqə saxlayıb bu aksiyalara dəstək vermək üçün hər kəs azaddır. Allah Təala yardımsevər bütün vətəndaşlarımızdan razı olsun ki, aztəminatlı ailələrə dəstəklərini əsirgəmirlər.”, -deyə əlavə edib.


Şəhid General Polad Həşimovun adından gözəl aksiya - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ