EURO 1,9289 TRY 0,2519
USD 1,7 RUB 0,0246
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:08.10.2018 12:19:29

Suriya prezidenti Rusiya və Türkiyə arasındakı İdlib sazişi haqda danışıb.

İslamazeri.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya prezidenti Bəşər Əsəd Qərb ölkələrinin İdlibdəki vəziyyətlə bağlı “isteriyasını” izah edib.

Onun fikrincə, şimal-qərb hissəsi rəsmi Dəməşqin nəzarəti altında olmayan əyalət uğrundakı mübarizənin nəticəsi Qərb üçün həlledici xarakter daşıyır. Əsəd qeyd edib ki, Suriya ordusunun İdlib uğrunda mübarizədə qalib gəlməsi Qərb ölkələrinin Suriyaya dair planlarını puç edəcək.

O həmçinin Rusiya və Türkiyə arasında İdlibdə silahsızlaşdırılmış zonanın yaradılması haqda əldə edilmiş sazişlə bağlı münasibət bildirib. O qeyd edib ki, döyüşün qabağını almış razılıq müvəqqəti xarakterlidir.

Terrorçuların nəzarətində qalan digər bölgələr kimi bu əyalət də dövlətin nəzarətinə geri dönəcək.”, - deyə o bildirib.

Xatırladaq ki, sentyabr ayında Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlibdə silahsızlaşdırılmış zonanın yaradılması haqda razılığa gəliblər. İran hökuməti qeyd edib ki, bu saziş həmin əyalətdə münaqişənin baş verməsinin qarşını aldı.

Qeyd edək ki, İdlibdə silahlı müxalifət və bir sıra digər terror qruplaşmalarının döyüşçüləri var. Onlar vaxtaşırı olaraq Suriya ordusunun mövqelərinə hücumlar edirlər.


Əsəd Qərbin hay-şivənindən danışdı: Az qalıb...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ