Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:25.11.2021 11:47:02

Ermənistan prezidenti Armen Sarkisyanın yeni qərarına əsasən daha əvvəl Armavir vilayətinin qubernatoru olmuş Ambartsum Matevosyan Paşinyana müavin təyin olunub.

Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Baş naziri Nikol Paşinyana yeni müavin təyin edib. 
İslamazeri.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan Prezidentinin saytında yerləşdirilib.
Qərara əsasən Ambartsum Matevosyan Paşinyana müavin gətirilib. Daha əvvəl Matevosyan Armavir vilayətinin qubernatoru olub. Noyabrın 24-ü o, tutduğu vəzifədən azad olunmuşdu.
Qeyd edək ki, Matevosyan daha əvvəl Ermənistanın müdafiə naziri təyin olunmuş Suren Papikyanın yerinə təyin olunub.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 15-i gözlənilmədən ölkəsinin müdafiə naziri Arşak Karapetyanı istefaya göndərib. Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib: "Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib".
Karapetyanın yerinə Paşinyanın müavini Suren Papikyan təyin olunub.

Sarkisyan Paşinyana yeni müavin təyin edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ