EURO 1,9314 NEFT 60,96
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:17.05.2018 11:46:34

Səudiyyədə saray çevrilişindən sonra Bin Salman haradadır?

İslamazeri.com  xəbər verir ki, Səud vəliəhdi Məhəmməd bin Salman Səudiyyədəki "dron və ya çevriliş" olaylarından sonra yoxa çıxıb.

Bu haqda bir sıra ərəb və İran mediası məlumat dərc edib. 

"Bin Salman haradadır?"

Aprel ayının 21-də Səudiyyə Ərəbistanında çevrilişə cəhdlə bağlı xəbər yayılmışdı. Bu haqda Associated Press adını açıqlamadığı mənbəsinə istinadən məlumat yayaraq. Ər-Riyadda hazırlanan çevrilişə ölkənin Quru Qoşunlarının komandanı Alukas Neplisin rəhbərlik etdiyini iddia etmişdi. Agentlik həmçinin Kralın öz sarayından evakuasiya etdiyini də qeyd edirdi.


Səudiyyənin rəsmi SPA agentliyi isə, saraya yaxın dron uçan aparatının yaxınlaşdığı, polisin isə izni olmayan bu "oyuncağa" atəş açdığını və xəbərlərin dezinformasiya olduğunu bildirmişdi.
Bu açıqlamaan sonra isə, sosial şəbəkələrdə atışmanın davam etməsilə bağlı məlumatlar yayılmış, sosial şəbəkə istifadəçiləri zarafatlarından əl çəkməmişdilər.
Lakin bəzi ərəb analitiklər bu hücumların əslində vəliəhd və bir çox şahzadəyə qənim kəsilən Məhəmməd bin Salmana qarşı hücum olduğunu qeyd edirdi.
Məhəmməd bin Salmanın adından olaylardan bir neçə gün sonra, güc strukturlarına təşəkkür mətni yayılmışdı. Təşəkkürün səbəbi açıqlanmasada, hücumun məhz ona qarşı olması versiyası güclənirdi.
Səudiyyə rejiminə qarşı paylaşımları və ifşaedici məlumatları ilə məşhur olan Müctehid adlı tvitter istifadəçisi "uçan aparat, dron" məsələlərini yalan adlandırmış və hücumun ağır texnika ilə saraya olduğunu iddia etmişdi. O hücumun kim tərəfindən həyata keçirildiyinin mlum olmadığını bildirmişdi.
Lakin...
25 gün keçməsinə baxmayaraq Məhəmməd Bin Salman hələ üzə çıxmayıb. Onun bu günlərdə nazirlər kabinetindəki iclasda iştirak etməsi, rəsmi xəbər agentliklərində onunla bağlı xəbərlərin dərc edilməməsi ərəb mediasında "Bin Salman haradadır?", sualını gündəmə gətiriblər.
Səud rejiminin rəsmi xəbər agentliyi olan. SPA-da belə son xəbər hücumdan 3 gün sonra 24 apreldə yayımlanan bir xəbərdir. Ondan sonra vəliəhdlə bağlı görüntülü xəbər yayımlanmayıb. Rəsmi-formal xəbərləri çıxmaq şərtilə, Bin Salman haqqında telekanallarda da, yeni video görüntülü xəbər verilməyib. Həmçinin xarici səfərləri sevən vəhabi krallığın ərköyün vəliəhdinin "xarici səfərlər reklam rolikləri"ndə görünməməsi müəmmanı daha da gücləndirir.


Saray çevrilişinə cəhddən sonra vəliəhd Bin Salman yoxa çıxıb - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ senatından Yəmən lehinə qərar: Zalım Səudiyyə...
    ABŞ senatında Yəmənlə bağlı qərar qəbul edilib.
     14.12.2018
    Gəncədə avtomobil piyadanı vurub
    Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ