EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:26.01.2019 00:24:21

Novxanı kənd 1 No-li tam orta məktəbdən Unikal.org-a bildirib ki, sözügedən yazını bu məktəbin müəllimləri yazıb.

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində yaşadığı evinin qarşısındakı oğurlanan barelyefinin yerinə asılan yeni lövhə narazılığa səbəb olub.

İslamazeri.com xəbər verir ki, yeni vurulan barelyefdə Azərbaycan Xalq Cümhuriyyəti “Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılıb. Həmçinin Müsavat Partiyası “Milli Müsavat Partiyası”, “Məhəmməd Əmin Rəsulzadə” isə “Məmmədəmin Rəsulzadə” kimi qeyd olunub.

Novxanı kənd 1 No-li tam orta məktəbdən Unikal.org-a bildirib ki, sözügedən yazını bu məktəbin müəllimləri yazıb.

Bildirilib ki, Novxanı Bələdiyyə sədri Şahin Tağıyev adıçəkilən təhsil müəssiəsinə barelyefin üzərində Məhəmməd Əmin Rəsulzadə barədə məlumat yazmaq üçün müraciət edib. Həmin vaxt orada tarix müəllimləri olmadığı üçün bu yazını informatika və ibtidai sinif müəllimləri yazıblar. Bu cümlələrin yazılmasında isə texniki səhv olub. Çünki həmin vaxt köhnə barelyefin üzərindəki yazıları internetdə dəqiq oxuya bilməyən müəllimlər bu cür yazılmağına qərar veriblər.

Minval.info xəbər verir ki, qəsəbə sakinləri yeni barelyefi divardan çıxararaq müvafiq quruma təhvil veriblər. Onlar barelyefin yenidən hazırlanmasını tələb ediblər.


Sakinlər Rəsulzadənin qalmaqallı barelyefini yerindən çıxartdı - Rəsmi AÇIQLAMA - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda körpüdə ağır qəzanın görüntüləri yayıldı - VİDEO
    Ötən gün Bakıda körpüdə aşan avtomobilin videogörüntüləri yayılıb.
     23.02.2019
    Suriyadan İraqa 40 üstü bağlı yük maşını keçib
    Suriya İnsan Haqqları Müşahidə Təşkilatı açıqladı
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ