EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:01.02.2019 01:40:53

Qeys əl-Hazali müqavimətin İsrail rejiminin İraqa qarşı hər cür hücumuna məhdudiyyətsiz bir cavab verəcəyini vurğulayıb.

İraqın "Əsaibi Əhli-Haqq" hərəkatının Baş katibi Qeys əl-Hazali müsahibəsində; İsrail rejimini xəbərdar edib və əgər İraqa hücum edilərsə məhdudiyyətsiz cavab alacaqlarını ifadə edib.

İslamazeri.com xəbər verir ki, Qeys əl-Hazali "İsrail rejimi, əgər Livan və Suriyaya hücum etsə və onlar bizdən yardım istəsə, bu tələbə müsbət cavab verən ilk biz olarıq",- deyib.

"Əsaibi Əhli-Haqq" Baş katibi, "İsrail rejimi İraqdakı hədəflərə hər hansı bir bəhanə ilə həmlə etsə, ölkəmiz özünü suveren dövlət kimi müdafiə edəcək və bu rejimin həmləsinə verəcəyimiz cavab məhdudiyyətsiz olacaq",- deyə əlavə edib.

Əl-Hazali İraq parlamentinin qarşıdakı bir neçə ay ərzində ABŞ qoşunlarının ölkədən çıxarılması haqqındakı qanun layihəsini səsverməyə qoyacağını proqnozlaşdırdı.

Baş Katib "ABŞ qüvvələrinin İŞİD-in məğlubiyyətindən sonra İraqda qalmaları üçün bir əsası yoxdur. İraq ABŞ ilə bacara bilər və əgər İraqdakı varlığını qəbul etdirmək istəyirsə, bu ölkəni zorla İraqdan çıxararıq",- deyib.


“Əsaibi Əhli-Haqq”: İsrailin hücumlarına məhdudiyyətsiz cavab verəcəyik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəban ayının bugünkü, 15-ci gecəsinin ƏMƏLLƏRİ
    Şaban ayının on beşi, yəni bu gün zamanın imamı Həzrəti Mehdi (ə.f) dünyaya gəlib
     20.04.2019
    Bakıda Şarl De Qollun xatirə lövhəsində biabırçı səhvlər - FOTO
    Şəhərin mərkəzində bir neçə il bundan öncə quraşdırılan lövhə biabırçı səhvlərə rəğmən hələ də dəyişdirilmir.
     20.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ