EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.11.2017 15:03:37

Böyük Britaniya taxt-tacının vəliəhdi Şahzadə Çarlzın 1986-cı ildə qələmə aldığı güman edilən məktub üzə çıxıb.

Uels şahzadəsi Çarlza məxsus olduğu bildirilən 1986-cı ildə yazılmış qalmaqallı məktub üzə çıxıb.

İslamazeri.com RT-yə istinadla xəbər verir ki, məktubda Şahzadə Çarlz ərəb-İsrail münaqişəsinə (Fələstin münaqişəsi - red.) görə xaricdə yaşayan, xüsusilə Avropa yəhudilərini ittiham edib. Avropadakı güclü yəhudi lobbisini Fələstin münaqişəsini qızışdırmaqda ittiham edən Şahzadə nə vaxtsa hansısa Amerika prezidentinin yəhudilərə qarşı çıxa biləcəyinə ümidini ifadə edib.

Məlumata görə, məktub 1986-cı ilin 24 noyabrında şahzadənin özü tərəfindən qələmə alınıb. Məktub ictimai arxivlərin birində aşkar edilib və "Daily Mail" qəzeti tərəfindən ictimailəşdirilib. Qəzetin yazdığına görə, məktub həmin dövrdə Şahzadə Dayana ilə birlikdə baş tutmuş Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətər səfərindən sonra qələmə alınıb.

"Mən ərəb və yəhudiləri eyni soydan - Samilərdən olmalarını yüksək qiymətləndirirəm... Yaxın Şərqdə böyük problemlərə səbəb olanlar xaricdə yaşayan - Avropa yəhudiləridir. (xüsusi Polşadan olan yəhudilər nəzərdə tutulur)... Mən bilirəm ki, bu münaqişədə çoxlu mürəkkəb və dolaşıq məqamlar var. Lakin səbəblər aradan qaldırılmayınca terrorizmə son qoymaq necə mümkün ola bilər?... Əlbəttə, hansısa ABŞ Prezidenti özündə cəsarət tapmalıdır ki, müqavimət göstərə bilsin və ABŞ-dakı yəhudi lobbisinə qarşı çıxa bilsin. Bunu fərz etmək isə sadəlövhlükdür", - deyə o zaman 38 yaşında olan Şahzadə məktubunda qeyd edib.

Qeyd edək ki, Londondakı kral iqamətgahı olan Klarens sarayı bu məktubun Şahzadə Çarza məxsus olduğunu inkar edib və başqası tərəfindən qələmə alındığını irəli sürüb.

Bildirək ki, 68 yaşlı Uels şahzadəsi Çarlz Böyük Britaniya Kraliçası II Yelizavetanın böyük oğlu olduğu üçün krallığa əsas namizəddir.


Şahzadə Çarlz: Avropadakı yəhudi lobbisi Yaxın Şərqdə böyük problemlərə səbəb olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ