Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:26.11.2021 16:48:48

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

MDB Parlamentlərarası Assambleyasının Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 26-da Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən İslamazeri.com-a verilən məlumata görə, görüşdə Sahibə Qafarova ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Sahibə Qafarova həmçinin ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı qələbədən sonra regionda yeni yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və bərpa işləri haqqında da məlumat verib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da dost ölkələrimiz arasında münasibətlərin inkişafından razılığını bildirərək qeyd edib ki, Azərbaycanla Özbəkistan bir çox sahələrdə əməkdaşlıq edir. O, Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafında parlamentlərin rolunu da qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Buraxılış imtahanlarının vaxtı açıqlandı
    Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.
     24.01.2022
    DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ