EURO 1,9044 TRY 0,2527
USD 1,7 RUB 0,0248
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:02.05.2019 16:10:37

Azərbaycanda şagirdlərin məktəb çantalarının ağırlığı probleminin həlli üçün tədris ili üzrə deyil, rüb üzrə dərsliklərin çap edilməsi və istifadə olunması təklif edilir.

İslamazeri.com xəbər verir ki, Azərbaycanda şagirdlərin məktəb çantalarının ağırlığı probleminin həlli üçün tədris ili üzrə deyil, rüb üzrə dərsliklərin çap edilməsi və istifadə olunması təklif edilir.

Trend-in məlumatına görə, bu təşəbbüslə Milli Məclisin deputatı Aydın Mirzəzadə "Məktəblinin dostları" layihəsinin hesabat tədbirində çıxış edib.

Onun sözlərinə görə, bu gün şagirdlərin məktəb çantası həqiqətən də ağır olur:

"Buna görə də təklif edərdim ki, hər fənn üzrə tədris ili üzrə ayrıca dərslik olmasın. Şagirdlər üçün rüb üzrə mövzuları əhatə edən dərsliklər hazırlansın. Birinci rüb üçün ayrı, ikinci rüb üçün ayrı dərslik olsun. Belə olduqca şagirdlər birinci rübdə ikinci rübə aid olan mövzuların əhatə olunduğu dərslikləri daşımağa məcbur olmazlar, onların dərslikləri də daha yüngül olar".

 

Deputat Milli Məclisdə "Məktəblinin dostları" layihəsinin ölkənin bütün məktəblərində tətbiqi məsələsini də qaldıracağını söyləyib.


Şagirdlərin məktəb çantalarının ağırlığını həll etmək üçün YENİ TƏKLİF

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
    O bildirib ki? Nyu-Yorkda vəziyyət nəzarətdən çıxıb...
     03.06.2020
    Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi
    Avropa Komissiyasının “qara siyahısı"na Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil edilib.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ