1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.03.2019 11:20:57

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu il mayın 10-da Bakının Sabunçu qəsəbəsində yenidən qurulan dəmir yolu stansiyasını istifadəyə verəcək.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu il mayın 10-da Bakının Sabunçu qəsəbəsində yenidən qurulan dəmir yolu stansiyasını istifadəyə verəcək.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.

“Beləliklə, Bakının mərkəzindən Sabunçu qəsəbəsinə qədər dəmir yolu marşturu açacağıq. Bunun üçün yeni qatarlar sifariş edilib, həmçinin əlavə iki qatarımız var. Əvvəllər bu məsafəni yarım saata getmək mümkün idisə, artıq bu müddət 10 dəqiqə olacaq. Qatarlar bir saatdan bir hərəkət edəcək”, - o deyib.

Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Sabunçudan Sumqayıta qədər olan dəmir yolunda isə işlər ilin sonuna qədər yekunlaşacaq.

“Abşerondakı dairəvi dəmir yolu xəttində aparılan işləri 1-2 aya bitirəcəyimizi düşünürdük, amma orada iş çoxdur. Xətt boyu avtomobil yolları ilə kəsişmələr var. Bunları aradan qaldırmaq üçün çalışırıq ki, bütün keçidlər yerin altında olsun, bununla da təhlükəsizlik və rahatlıq təmin edilsin”, - ADY sədri əlavə edib. 


Sabunçuya elektrik qatarlarının hərəkəti bərpa olunur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tbilisidə İmam Həsənin mövludu və iftar mərasimi keçirilib - FOTO
    Bu axşam Tbilisi şəhərində Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə iftar zamanı tədbir keçirilib
     20.05.2019
    Türkiyə-İran sərhəddində yaşayan kiçik ticarətçilərə qarşı “casus əməliyyatı” - ƏTRAFLI
    Türkiyənin Van şəhərinin Saray və Özalp rayonlarında 14 mayda “İran casusu” ittihamları ilə keçirilən əməliyyat haqqında ətraflı məlumatlar yayılıb.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ