1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.02.2019 13:34:50

Sabiq baş nazir Davudoğlunun müşaviri olmuş Etyen Mahçupyan AKP hökümətini üstü-örtülü tənqid edərək Davudoğlu-Gül ikilisinin yeni partiya quracağıyla bağlı suala cavab verib

İslamazeri.com xəbər verir ki, Türkiyə telekanallarından birində siyasi verilişdə Türkiyənin sabiq baş naziri Ahmet Davudoğlunun müşaviri olmuş Etyen Mahçupyan AKP hökümətini üstü-örtülü tənqid edərək Davudoğlu-Gül ikilisinin yeni partiya quracağıyla bağlı suala "Bu məsələ gündəmdə var və olması qaçılmazdır. Çünki Türkiyə düzgün idarə olunmur. Düzgün, yaxşı idarə olunmamasını hər kəs görür. Düzgün idarə etmədiyi üçün uduzma ehtimalı olan iqtidar, siyasi sahəni daraldaraq ancaq bununla bacaracaqlarını düşünürlər. Siyasi sahəni daraltma üçün "beka məsələsi"ni istifadə edirlər. (Red: beka - Türkiyənin suverenliyi, torpaq bütünlüyü, daxili və xarici düşmənlər tərəfindən təhdid). Amma bu da görünür. Bunun həqiqətlə əlaqəsinin olmadığını AKP-lilər də bilirlər."

Daha sonra erməni siyasətçi deyib: "Bu seçkilərin nəticəsi bəzilərini çox maraqlandırır. Hər partiyanın müxaliflərini maraqlandırır. Amma ən böyük gərginlik AKP-də, mühafizəkar cəbhədədir. Yaxşı bir örnək gördülər, ilk 10 ili AKP-nin. Onu görməsələr bəlkə aldadıla bilərdilər. İndi hər yaxşı örnək gördülər, həm yaxşı nümunəni bilirlər. İndi onunla müqayisə edirlər. İndi əxlaq baxımından da önəmli olduğunu bilirlər."

Qeyd edək ki, Mahçupyan "yaxşı nümunə" dedikdə Yaxın Şərqdə Türkiyənin başını bəlalara soxan Əhməd Davudoğlunun iqtidarda olmasını nəzərdə tutur. Həmçinin Mahçupyanın uzun illər fətullahçı terror qruplaşmasının "Zaman" qəzetində köşə yazarı olmasına baxmayaraq onu bir dəfə olsun istintaqa çağırılmaması da müəmmalar içində itib batmışdır.

Xatırladaq ki, erməni siyasətçi nə qədər özünü Türkiyə vətəndaşı saysa da, illər öncə Davudoğlunun müşavirliyini edərkən terrorbaşı Fətullah Gülənə bağlı "Zaman" qəzetində Sumqayıt hadisələri haqda belə demişdi: “Sumqayıtda (isə) bu coğrafiyada yad olmadığımız bir qətliam yaşanmışdır. O gün azərilər kiçik qruplar halında təşkilatlanıb silahlanmış, ermənilərin ev və iş yerlərinə hücum etmiş, polisin gözü önündə onların evilərini yandırmışlar. Qeyri rəsmi rəqəmlərə görə, onlar bir neçə yüz nəfəri öldürmüşlər.”


Sabiq baş nazir Davudoğlunun erməni müşaviri: Türkiyə düzgün idarə olunmur, yeni partiya...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ