EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:21.02.2018 13:18:23

Təhsil Nazirliyində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunan mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, mətbuat konfransında nazirliyin nümayəndəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi və tətbiq olunan yeniliklərlə bağlı məlumat veriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib ki, 2018-2019-cu dərs ilində Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə fevralın 22-də (saat 10:00), Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-də start veriləcək.

O qeyd edib ki, sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər: "Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər".

Tədbirdə bildirilib ki, ümumi təhsil müəssisələrinin I sinfinə 2018-ci ilin sentyabr ayının 15-dək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

Bundan başqa, yeni tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur. 


Sabahdan elektron sistem vasitəsilə Bakı məktəblərinin I sinfə şagird qəbulu başlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019
    Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır - VİDEO
    "Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ