1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.09.2017 18:31:37

ABŞ-da həbsdə olan Rza Zərrab məhkəmə iclasına ayaqları zəncirli gətirilib...

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, yenidən təşkil olunan ittihamnamə ilə ABŞ-ın İrana tətbiq etdiyi embarqonu dəlmə, bank saxtakarlığı, çirkli pul yuma, ABŞ qanunlarını dəlmək üçün əməkdaşlıq edib hiylə qurmaq ittihamlarını ilə Nyu-yorkda məhbus olaraq mühakimə olunan əslən azərbaycanlı olan iranlı biznesmen Rza Zərrab dünən yenidən hakim qarşısına çıxıb.

Zərrab məhbus olaraq saxlandığı Bruklindəki Metropolitan Həbsxanasından məhkəmə iclasının keçirildiyi salona ilk məhkəmə iclasında olduğu kimi ayaqları zəncirli olaraq gətirilib. Zərrab ona oxunan və yeni iddianamədə yer alan ittihamları qəbul etməyib. Hakim Riçard Bermanın müdafiə vəkillərinə ötən həftə məhkəmə dosyesinə daxil olan yeni ittihamnaməni oxuyub oxumadığını soruşmasının ardınca söz alan Zarrabın vəkili Bencamin Brefmen əlavə ittihamnaməni oxuduqlarını qeyd edərək müvəkkilinə yönəldilən ittihamları qəbul etmədiklərini deyib.

Vəkil Brefman ittihamnamənin cinayət çərçivələrinin daha da inkişaf etmiş olması və törədilən cinayətlərə veriləcək cəzanın artması səbəbilə müdafiə hazırlamaq üçün daha çox zamana ehtiyacları olduğunu bildirib. Brefmen 30 oktyabrda başlayacağı açıqlanan məhkəmə işinin əslinin münsiflərlə bərabər görüləcəyi məhkəmə iclas tarixinin təxirə salınmasını istəyib.

"Halkbank"ın baş direktorunun müavini Məhməd Xaqan Atillanın vəkili Viktor Rokkonun da ürək əməliyyatı keçirdiyi, məhkəməyə hazırlanması üçün daha çox vaxta ehtiyac duyduqlarını bildirən Brefmenin bu istəyini dəyərləndirən Hakim Berman M. X. Atillanın haqqındakı ittihamların ləğv edilməsilə bağlı 25 sentyabrda keçiriləcək iclasda iddianın tarixinin təxirə salınması ilə bağlı qərarını verəcəyini bildirib.


Rza Zərrabın yenidən məhkəməsi keçirildi: İclasa ayaqları zəncirli gətirildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ