Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

İslamazeri.com TASS-a istinadən xəbər verir ki, Ermənistan Rusiyanın Ermənistan-Azərbaycan sərhədinin demarkasiya üzrə səylərini yüksək qiymətləndirir.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
“Mən Rusiya prezidentinin, XİN və Müdafiə Nazirliyinin Ermənistan və Azərbaycan arasındakı sərhədin demarkasiya və delimitasiyası məsələsindəki səylərini yüksək qiymətləndirmək istəyirəm”, – deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, Ermənistan bu məsələnin tezliklə həll edilməsindən maraqlıdır.
"Rusiyanın demarkasiya məsələsindəki səylərini yüksək qiymətləndirirəm"