EURO 1,8868 TRY 0,287
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:09.12.2019 12:09:14

Rusiyanın laboratoriyada dopinq məlumatlarını saxtalaşdırmaq ittihamına görə beynəlxalq yarışlarda iştirakına dörd illik qadağa qoyula bilər.

İslamazeri.com "bbc"yə istinadən Rusiyanın laboratoriyada dopinq məlumatlarını saxtalaşdırmaq ittihamına görə beynəlxalq yarışlarda iştirakına dörd illik qadağa qoyula bilər.

Rusiya barədə qərar Dünya Anti-Dopinq (Wada) Təşkilatının İsveçrənin Lausanne şəhərində keçiriləcək tədbirində veriləcək.

Rusiya 2020 Tokyo Olimpiya oyunlarından və 2022 Pekin Qış Olimpiya oyunlarından kənarlaşdırıla bilər. Ölkə Qətərdə keçiriləcək 2022 Futbol Dünya Kubokundan da uzaqlaşdırla bilər.

Rusiyanın idman naziri gözlənilən qərar barədə şərh verməyi rədd edib.

Lausanne görüşündən əvvəl Wada İdmançılar Komitəsi üzvləri Rusiyanın olimpiadalarda yarışan idmançıları üçün tamamilə qadağa tətbiq edilməsini tələb edib.

Wada dörd illik qadağanı dəstəkləsə belə, Rusiya Avro-2020 futbol çempionatında mübarizə apara biləcək. Gələn yay futbol turnirində Sankt-Peterburq da ev sahibi şəhərlərdən biri olaraq qalacaq.

Rusiya nədə günahlandırılır?

Bu ilin əvvəlində Wada-nın Uyğunluğa Nəzarət Komitəsi (CRC), Rusiya Antidopinq Agentliyini (Rusada) idmançıların test nəticələrinin əsas bazasında olan nəticələrə uyğun olmadığını elan edib.

Rusadanın rəhbəri Yuri Ganus kiminsə "minlərlə" giriş dəyişdirdiyini və ya sildiyini təsdiqləyib.

Rusiyanın idman naziri Pavel Kolobkov BBC-dən Sarah Rainsford-un suallarını cavablandırmayıb və deyib ki, Lausanne görüşünün nəticələrini gözləmək lazımdır.

Rəsmilər 2014 Soçi Qış Olimpiya Oyunlarını keçirən zaman da daxil olmaqla dopinq istifadəsini ört-basdır etməkdə ittiham olunur.

Rusiyanın keçən il Cənubi Koreyada keçirilən PyeongChang Qış Olimpiya Oyunlarında iştirakı qadağan edilmişdi, ancaq Rusiyadan olan dopinq istifadə etməmiş olduqlarını sübut edən idmançılara neytral bayraqla çıxış etməyə icazə verilmişdi.


Rusiyalı atletlərin beynəlxalq tədbirlərdə iştirakı qadağan edilə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda tanınmış fotoqrafın anasını yük avtomobili vuraraq öldürüb
    Bakının Suraxanı rayonunda qadını yük avtomobili vuraraq öldürüb.
     21.01.2020
    Azərbaycanda nişanlı qız intihar etdi
    Dünən İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib.
     21.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ