Rusiya müdafiə nazirinin müavini Ruslan Tsalikov bəyan edib

İslamazeri.com “Gazeta.ru”-ya istinadən xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini Ruslan Tsalikov bildirib ki, koronavirus (COVID-19) əleyhinə ilk Rusiya vaksini hazırdır.
Tsalikov qeyd edib ki, artıq Milli Araşdırma Mərkəzinin mütəxəssislər və alimləri keçirilmiş sınaqların yekun qiymətləndirilməsini keçiriblər.
Rusiya müdafiə nazirinin müavininin sözlərinə görə, sınaqlar zamanı bu dərmanı qəbul etmiş bütün könüllülərdə koronavirusa qarşı immunitet əmələ gəlib.
“Beləliklə də, yeni koronavirus infeksiyasına qarşı ilk yerli vaksin hazırdır”, -deyə Rusiya müdafiə nazirinin müavini Ruslan Tsalikov elan edib.
Rusiyadan rəsmi elan: Koronavirus vaksini hazırdır!