EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:21.01.2019 22:45:36

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Almaniya xarici işlər naziri Heiko Maas Moskvadakı görüşlərindən sonra birgə mətbuat konfransı keçirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Almaniya xarici işlər naziri Heiko Maas Moskvadakı görüşlərindən sonra birgə mətbuat konfransı keçirib.

İslamazeri.com xəbər verir ki, Sergey Lavrov, "İdlibdə tərksilah edilmiş zona yaratmaq razılığına baxmayaraq "Nusra"nın bölgədə hakim olması və oradakı rejimi pozması bizi narahat edir. Bu bölgənin təxminən 70 %-i terrorçuların əlindədir və terrorçular oradan Suriya ordusunun mövqeləri, yaşayış məntəqələrinə atəş açmağa və hətta Hmeymimdəki bazamızı təhdid etməyə çalışırlar",- deyib.

Lavrov bunu ən ciddi problemlərdən biri kimi qiymətləndirib və Suriya ərazisindəki bu son terror yuvasının əbədi yaşamasının mümkünsüz olduğunu vurğulayıb.

XİN rəhbəri həmçinin Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin İstanbuldakı toplantıda əldə etdiyi Suriya razılaşmasının da ən qısa müddətdə həyata keçirilməsini gözlədiklərini qeyd edib.

Rus nazir sözlərini belə davam etdirib: "Suriyanı müzakirə etməyə davam edəcəyik. Burada müəyyən irəliləyişlər var və bir neçə ay əvvəl İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa sammitində əldə olunmuş razılığın, hər şeydən əvvəl konstitusiya komitəsinin fəaliyyətinə tez bir vaxtda başlanması lazım olduğuna dair razılığın ən qısa müddətdə tətbiq ediləcəyini ümid edirik".


Rusiyadan İdlib xəbərdarlığı: “Nusra” terrorçuları Suriyada sülhü təhdid edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Restoran, kafe və çay evlərində xidmət saatları artırılır
    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
     29.05.2020
    Ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur
    31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib
     29.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ