EURO 1,9383 NEFT 73,51
USD 1,7 RUB 0,0251
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:06.03.2018 11:55:24

Azərbaycan vətəndaşı Nigar Həsənovaya Səhiyyə və Təhsil nazirlikləri həkim peşəsi ilə məşğul olmağa icazə vermir.

Azərbaycan vətəndaşı Nigar Həsənovaya Səhiyyə və Təhsil nazirlikləri həkim peşəsi ilə məşğul olmağa icazə vermir.

O, bu barədə "Report"a özü bildirib.

N.Həsənovun müraciətində bildirilir ki, o, ailə həyatı qurduqdan sonra Moskvaya köçüb və Rusiya vətəndaşlığını alıb. O, 2010-cu ildə Yevdokimov adına MDTSU-da (Moskva Dövlət Tibb və Stomatologiya Universiteti) "müalicə işi" ixtisası üzrə təhsilini başa vurub.

"Qeyd etmək istəyirəm ki, 2010-ci ildə ərimin ölməsi ilə əlaqədar 2015-ci ildə Bakıya, valideynlərimin yanına qayıtmaq məcburiyyətində qaldım. Ultrasəs müayinəsi həkimi kimi fəaliyyətimi davam etdirəcəyimi düşünsəm də, Təhsil və Səhiyyə nazirlikləri yalnız 2017-ci ildə güc-bəla ilə MDTSU-nu bitirməyim haqqında əsas diplomu təsdiq etdi və mənə ümumi profil üzrə çalışmaq icazəsi verildi", - N.Həsənova bildirib.

N.Həsənova problemindən danışaraq deyib ki, təsdiq edilmiş diplom çərçivəsində onun hansısa tibbi müəssisədə həkim kimi işləmək və qeydiyyata düşmək hüququ yoxdur. Şikayətçi Səhiyyə və Təhsil nazirliklərinin 2010-cu ilin rezidentura barədə qərarına əsaslanaraq ona ixtisası üzrə "Ultrasəs diaqnostikası" həkimi kimi fəaliyyət göstərməsinə icazə verilmədiyini diqqətə çatdırıb.

"Bu qərara baxmayaraq, ölkədə 2016-cı ilin iyul ayına qədər xarici diplomlar təsdiqlənib və bununla bağlı müvafiq faktlar var... Təhsilin səviyyəsi, ekvivalentliyi, təsnifatı, mütəxəssisin iş təcrübəsi nəzərə alınmır", - o vurğulayıb.

N.Həsənova qeyd edib ki, ordinaturada uzun təhsil yolu keçib və ona tanınmış rusiyalı mütəxəssislər dərs deyiblər.

"Azərbaycandakı rezidentura proqramı ilə müqayisə aparsaq, nəzəri və praktiki dərslərin ekvivalentliyi, müəllim heyəti, keçilən materialın keyfiyyəti və həcmi, ixtisas üzrə iş bacarığı Rusiyada daha yüksəkdir", - o vurğulayıb.

 

Məsələyə Səhiyyə Nazirliyi Azərbaycan vətəndaşı Nigar Həsənovaya həkim peşəsi ilə məşğul olmağa icazə verilməməsi məsələsinə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2011-ci ildən etibarən Azərbaycan Respublikası ərazisində həkim-mütəxəssislərin hazırlığı rezidentura vasitəsilə aparılır: "Klinik ordinatura və internatura təhsili üzrə hazırlıq proqramlarının məzmunu və müddəti rezidentura təhsilindən fərqli olduğu üçün respublikadan kənar klinik ordinatura və internatura üzrə təhsil qanunvericiliyə əsasən qəbul edilmir".


Rusiyada Tibb təhsili alan Azərbaycan vətəndaşına Bakıda işləməyə icazə verilmir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda kişilərin evlənmə yaşı artıb - Son 27 ilin rekordu
    Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.
     14.08.2018
    Nazirlikdən hava xəbərdarlığı: şimşək çaxacaq, leysan yağacaq
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
     14.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ