EURO 2,0827 NEFT 69,06
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:06.11.2017 15:56:32

Kommunistlər hər il olduğu kimi, bu il də 1917 kommunist Oktyabr İnqilabının ildönümü üçün küçələrə çıxıb.

İslamazeri.com xəbər verir ki, Rusiyada "Birlik Günü"nü qeyd edənlərdən 263 nəfər ictimai asayişi pozduqları iddiası ilə saxlanılıb. Rus kəşfiyyat təşkilatı FSB bütün üzvləri nəzarətə alınan Moskva mərkəzli hökumət əleyhinə siyasi hərəkat olan "Artpodqotovka"ya qarşı keçirilən əməliyyatda 15 molotov kokteyli ələ keçirildiyini bildirib.

FSB qrupun polisə və dövlət binalarına qarşı kütləvi qarışıqlığa yol açacaq aksiya hazırlığında olduğunu açıqlayarkən bəzi "Reuters" müxbirləri Moskva küçələrində Rusiya polisinin ixtiyari həbs etmə prosesinə şahid olduğunu bildirib.

Birlik günü Sovet dövrünün başa çatmasından 14 il sonra, 2005-ci ildə qeyd olunmağa başlanıb. O ildən etibarən 4 noyabr Moskvanın 1612-də Polşanın işğalından xilas olması xatirəsinə, Oktyabr İnqilabının ildönümünün yerinə qeyd olunur.

Ancaq kommunistlər hər il olduğu kimi, bu il də 1917 kommunist Oktyabr İnqilabının ildönümü üçün küçələrə çıxıb.

Moskvadakı şənliklərdə Qızıl Meydanda danışan Rusiya Kommunist Partiyası lideri Qennadi Züqanov "Oktyabr İnqilabı və Lenin dağılmış bir ölkəni bir araya gətirdi. Sovet Sosialist Respublikalar İttifaqı bütün dünya üçün bir işıq idi" deyib.

Meydanda olanlardan, Valentina adlı Rusiya Kommunist Partiyası üzvü bir rus da "Əlbəttə, bəzi irəliləyişlər oldu. Ancaq indi kifayət qədər ədalət yoxdur. Varlı daha varlı, kasıb daha kasıb olur" deyib.

İnqilabın 100-cü ildönümündə müxtəlif ölkələrdən kommunist partiya və təşkilatların nümayəndələrinin iştirak etdiyi şənliklərdə Lenin və Stalin fotolarını da daşıyan qruplar iki liderin Qızıl Meydandakı abidələrinə əklil qoyub.

İştirakçılar burada Alman faşizminə və Mussoliniyə qarşı müqavimət göstərən italyan anti-faşist partizanlara həsr edilən xalq mahnısı "Cav Bella"nı oxuduqdan sonra dağılışıb.


Rusiyada kommunistlər Oktyabr inqilabının 100-cü yubiley il dönümünü qeyd edib - ƏTRAFLI-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib
    Onlar 7 kater və 4 qayıqda olublar
     17.01.2018
    Bakıda torpaq bahalaşdı - SƏBƏB
    2017-ci ilin dekabr ayında torpaq və kommersiya obyektləri bazarında qiymətlərdə artım müşahidə edilib.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ