Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.11.2021 13:22:29

Rusiya və Yaponiya İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Yaponiyanın xarici işlər naziri Hayaşi Yosimasa ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Yaponiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, nazirlər 40 dəqiqəlik telefon danışığında İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirməyi razılaşdırıblar.

Hayaşi Yosimasa iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qarşılıqlı fayda verəcəyinə ümid etdiyini bildirib. Məlumata əsasən, nazirlər Ukrayna və Belarusdakı son vəziyyəti müzakirə ediblər.

Yapon nazir ölkəsinin Ukrayna ve Belarusda son dövrdə artan gərginliyə dair narahatlığını da rusiyalı həmkarına çatdırıb.

Yaponiya tərəfi iddia edir ki, İkinci Dünya müharibəsinin sonunda keçmiş SSRİ Sakit okean ilə Oxot dənizini bir-birindən ayıran və Kuril adalarına uzanan təxminən 1 300 km boyunca bir ərazini 1945-ci ildə ilhaq edib.

Moskva rəsmi Tokionun bu iddialarını rədd edərək, həmin torpaqların Rusiyaya məxsus olduğunu bildirir.


Rusiya Yaponiya ilə razılığa gəlib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DTX işçilərinin maaşlarında dəyişiklik təsdiq edilib
    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
     24.05.2022
    Şirvanda şirkətdə yanğın olub
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ