EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:27.06.2019 11:11:44

Yaxın bir neçə ay ərzində istirahət məsələsində Gürcüstanı əvəz etmək üçün ən əlverişli istiqamət Türkiyə olacaq.

Yaxın bir neçə ay ərzində istirahət məsələsində Gürcüstanı əvəz etmək üçün ən əlverişli istiqamət Türkiyə olacaq.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu səyahətlərin təşkili xidməti - “OneTwoTrip”in mütəxəssisləri bildiriblər. 

Onlar Gürcüstanın əvəzinə istirahət etmək üçün 11 ölkədən ibarət siyahı tərtib ediblər. Qeyd edək ki, iyulun 8-dən Rusiya aviaşirkətləri Gürcüstana sərnişin daşıya bilməyəcək. Bununla da, həmin tarixə qədər qədər olan aviabiletlərin qiyməti 3 dəfə artıb.

Gürcüstanı əvəz edə biləcək ölkələr arasında Türkiyə ilə yanaşı, Azərbaycan, Moldova, Ermənistan və Özbəkistan da ola bilər. Bu ölkələrə birtərəfli uçuşun qiyməti 8 500rubldan və yaxud 228 manatdan az olmayacaq. Siyahıya həmçinin Qazaxıstan, Tacikistan, Serbiya, Monteneqro, Kipr, Qırğızıstan da daxildirlər. Kipr istisna olmaqla, bu ölkələrin heç birinə viza lazım deyil.

Bundan başqa, araşdırma zamanı mütəxəssislər əlverişli iqlim şəraiti və gözəl yerli mətbəxi də nəzərə alıblar.

Xatırladaq ki, Gürcüstanda Rusiya əleyhinə etiraz aksiyaları iyunun 20-də Tbilisidə keçirilmiş Parlamentlərarası Pravoslav Assambleyasının toplantısından sonra başlayıb. Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi etiraz aksiyasının başlamasının əsas səbəblərindən biri olub. 


Rusiya vətəndaşlarına istirahət üçün Gürcüstana alternativ ölkələrin adları açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ