EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:10.04.2020 11:10:09

Yeni OPEC+ sazişi çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanın nə qədər neft hasil edəcəyi açıqlandı.

İslamazeri.com “Report”a istinadən xəbər verir ki, Rusiya və Səudiyyə Ərəbistanı yeni OPEC+ sazişinin həyata keçirilməsi zamanı may ayından iyunun sonuna qədər gündəlik 8,5 milyon bareldən çox olmamaqla neft hasil edəcək. Bu, ittifaq ölkələrinin son iclasının yekunlarına dair imzalanmış kommünikedə göstərilib.

OPEC+in bəyanatına əsasən, bütün ölkələr üçün baza səviyyə olaraq 2018-ci ilin oktyabr ayının göstəricisi götürülüb, amma bu baxımdan Rusiya və Səudiyyə Ərəbistanı istisna təşkil edir. Onlar baza səviyyə eyni – 11 milyon barel/sutka müəyyən edilib.

Daha əvvəl Azərbaycan Energetika Nazirliyinin bildirdiyi kimi, hasilatın azaldılması üç mərhələdə olacaq. Birinci mərhələdə (may-iyun) neft hasilatının baza səviyyəsindən 23%, ikinci mərhələdə (iyul-dekabr) 18%, üçüncüdə (yanvar 2021 - aprel 2022) isə 14% azaldılması planlaşdırılır. Beləliklə, Rusiya və Səudiyyə Ərəbistanı hər mərhələdə müvafiq olaraq gündəlik 8,5 milyon, 9,02 milyon və 9,46 milyon bareldən çox olmayaraq hasilat etməli olacaqlar.

Kommünikedə həmçinin sazişin monitorinqi üçün nazirlər və texniki komitələrin mövcudluğunu davam etdirəcəyi qeyd olunub. Vurğulanıb ki, alyansın növbəti ümumi iclasının iyunun 10-da, elə indiki kimi videokonfrans formatında keçirilməsi planlaşdırılır.


Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatı məsələsində razılaşdı - SAZİŞ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...
    Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib
     23.05.2020
    FİTR bayramınız MÜBARƏK!
    24 May Şəvval ayının biridir
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ