EURO 1,9267 NEFT 67,11
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:08.11.2018 17:48:26

Hərbi ekspert Konstantin Sivkov Rusiya və ABŞ arasındakı potensial müharibə haqda yazıb.

İslamazeri.com-un Rusiyanın VPK qəzetinə istinadən verdiyi xəbərə əsasən, hərbi ekspert Konstantin Sivkov yazıb ki, Rusiya və ABŞ arasındakı potensial müharibə adi silahların istifadəsi ilə başlaya bilər və bir müddətdən sonra - bir neçə sutkadan və ya ay və daha çox müddətdən sonra - nüvə silahı istifadə ediləcək.

Onun fikrincə, ABŞ-ın zərbə endirməyə hazır olduğunu göstərəcək birbaşa nişanə səfir və diplomatik missiya əməkdaşlarının geri çağırılması olacaq. Həmçinin Rusiya sərhədlərində təlim adı ilə qoşunlar yerləşdirilə və Rusiya ərazisinə zərbə endirməyə imkan verən bölgələrdə Hərbi Dəniz Qüvvələrinin zərbə dəstələri yaradıla bilər.

Təcavüzkarın belə hərəkətləri, ekspertin fikrincə, Rusiyaya qabaqlayıcı tədbirlər görməyə imkan verəcək. Məsələn, qeyri-nüvə silahı ilə Rusiyaya yönəlmiş ballistik və qanadlı raketlərin yerləşdiyi bazalara önləyici zərbələrin endirilməsi. Rusiya bu istiqamətdə “Kalibr”, X-101 və “Kinjal” komplekslərindən istifadə edə bilər.

Bununla yanaşı, ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərin Məhv edilməsi  Sazişindən (OYMRMS) çıxması ilə əlaqədar olaraq nüvə başlıqlı orta mənzilli ballistik raketləri silahlanmaya qəbul etməyə təklif edir ki nüvə qarşısını almanın potensialını artırıla bilsin. Mütəxəssisin sözlərinə görə, “Sovet”in hazırladıqları belə bir silahı qısa zamanda və minimum xərclə yaratmağa yardımçı olacaq.

Xatırladaq ki, son illər ABŞ və Rusiya mütəmadi olaraq bir-birilərini OYMRM sazişini pozmaqda ittiham edir. Rusiya dəfərlərlə bəyan edib ki, saziş üzrə öhdəliklərinə ciddi şəkildə əməl edir. Rusiya XİN başçısı Sergey Lavrov qeyd edib ki, rəsmi Mosvanın ABŞ-a sazişin yerinə yetirilməsinə dair olduqca ciddi sualları var.


Rusiya və ABŞ arasında nüvə müharibəsi belə başlaya bilər - EKSPERT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Stoltenberq: Avropa ordusu NATO-ya alternativ ola bilməz
    NATO Baş katibi Yens Stoltenberq Avropa Birliyinin (AB) öz ordusunu qurmaq istəməsinə dair "Avropa ordusu NATO-ya alternativ ola bilməz",- deyib.
     16.11.2018
    Avropa Birliyi: PKK terror siyahısında qalacaq
    Avropa Ədalət Divanı PKK-nın Avropa Birliyinin (AB) terror təşkilatları siyahısında qalmasına qərar verib.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ