EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.01.2019 19:49:18

Rusiya Suriyada keçirdiyi hərbi əməliyyatla bağlı hesabat hazırlayıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Suriya ərazisindəki anti-terror əməliyyatında 70 min Rusiya hərbçisi, o cümlədən də 460 general iştirak edib.

Bu haqda Rusiya Müdafiə Nazirliyindən məlumat veriblər.

Qeyd edilir ki, Rusiya hərbçiləri 2015-ci ildən başlayaraq Suriyada 87 min terrorçunu məhv edib. Həmin terrorçular arasında 830 yüksək vəzifəli səhra komandiri olan terrorçular da olub. Bundan başqa, 1000-dən çox səhra düşərgəsi, 10 min silah-sursat anbarı, 650 tank və 700 döyüş maşını məhv edilib.

Bu dövr ərzində Rusiya Silahlı Qüvvələrinin əməliyyat-taktiki aviasiyasının ekipajının 87%-i, ordu aviasiyasının 91%-i və hərbi-nəqliyyat aviasiyasının 97%-i döyüş təcrübəsi qazanıb.

Qeyd edək ki, Rusiya əməliyyatının başlamamasından öncə, Suriya ərazisinin 92%-i terrorçuların nəzarəti altında idi. İndi isə, ölkə ərazisinin 96,5 faizi hökumət qüvvələrinin nəzarəti altındadır.


Rusiya Suriya əməliyyatı haqda məlumatları açdı: 70 min rus əsgər...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Emin Hüseynov: “Mehman aclığı davam etdirir”
    "Mehman ona təzyiq göstərilməsindən şikayət edib, o, aclığı dayandırmayıb və onun adından yayılan bütün bəyanatları təkzib edib."
     20.01.2019
    İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ