Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.06.2018 19:16:25

Moskva vilayətində yeni məscid istifadəyə verildi.

İslamazeri.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, Rusiyanın Moskva vilayətinin Solneçnoqorsk şəhərində “Nurullah - Allahın nuru” adlı məscid öz qapılarını dindarların üzünə açıb. Təntənəli açılış tədbirində Rusiya Müftilər Şurasının və Rusiya Federasiyası Müsəlmanların Dini İdarəsinin başçısı Ravil Qaynutdin iştirak edib.

Müsəlman ibadətgahının sahəsi 400 kvadrat metrdir. Məsciddə eyni anda 450 insan ibadətlə məşğul ola bilər.

Məscidin 1-ci mərtəbəsində ibadət zalı yerləşir, daha 2 ibadət otağı isə zirzəmi hissəsində yerləşir. Burada həmçinin mədrəsə və qadınların da ibadət etmələri üçün yer var.

Qeyd edək ki, bu Moskva vilayətindəki sayca 8-ci məsciddir.


Rusiya müsəlmanlarına şad xəbər: Daha bir məscid açıldı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ