1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:26.05.2020 16:16:30

Rusiyanın "Vektor" virusologiya elmi mərkəzi koronavirus peyvəndinin klinik testlərinə iyunun sonunda başlamağı planlaşdırır.

İslamazeri.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində mərkəzin Baş direktoru Rinat Maksyutov bildirib.

Onun sözlərinə görə, bundan əvvəl heyvanlar üzərində testlərin nəticələrinin əldə olunması və Rusiya Səhiyyə Nazirliyindən klinik testlərin aparılması üçün icazənin alınması planlaşdırılır.

Maksyutovun sözlərinə görə, kütləvi istifadədən əvvəl peyvənd laboratoriya testlərindən uğurla keçməlidir.

Bundan sonra peyvəndin preklinik və klinik tədqiqatları, eləcə də qeydiyyatı aparılmalıdır.

Bir qədər öncə Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin Direktoru Aleksandr Gintsburq bildirib ki, mərkəzdə vaksinin işlənib hazırlanması ilə bilavasitə məşğul olan əməkdaşlar və onun özü peyvəndi özlərinə vurublar və onların orqanizmində qoruyucu anticisimlər yaranıb.

Rusiyada koronavirusa qarşı vaksin yaradılması üzərində Sankt-Peterburq Vaksin və Zərdab Elmi-Tədqiqat İnstitutunun alimləri də çalışırlar. Peyvənd üzərində bir çox digər ölkələrdə də iş aparılır.

Gintsburqun məlumatına görə, rusiyalıların kütləvi vaksinasiyası payızın əvvəlində başlaya və altı aydan doqquz aya qədər davam edə bilər.

COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirus ilk dəfə dekabrın sonlarında Çinin Uhan şəhərində aşkar edilib. Martın əvvəlində koronavirusun yayılması pandemiya elan edilib. Məlumatlara görə, dünyada artıq 5,3 milyon insan koronavirusa yoluxub, 343 mindən çox insan dünyasını dəyişib.


Rusiya koronavirus əleyhinə vaksinlərin testini iyunda keçirəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ