1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:05.02.2019 00:39:25

"Moskva, əlbəttə ki, bu münaqişənin yalnız Ermənistanın hesabına həll edilməsini də istəmir"

"Qarabağ münaqişəsinin həlli Rusiya üçün əlbəttə ki, faydalı və arzuolunandır, çünki onun mövcudluğu Cənubi Qafqazdakı sabitliyi pozur və Moskvanın həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərində ziddiyyətlər və gərginlik yaradır. Digər tərəfdən, Moskva, əlbəttə ki, bu münaqişənin yalnız Ermənistanın hesabına həll edilməsini də istəmir".

 

Ordu.az rusiyalı hərbi ekspert, Strategiya və Texnologiya Təhlil Mərkəzinin (STTM) Baş elmi işçisi Mixail Barabanov eksklüziv müsahibəni təqdim edir:


- 90-cı illərdən fərqli olaraq, son 15 ildə Azərbaycan və Rusiya hərbi-texniki sahədə fəal əməkdaşlıq edir. Azərbaycan Rusiyadan bir neçə milyard dollar dəyərində silah alıb. Ölkələrimiz arasında mövcud hərbi-texniki əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? 

- Hazırda Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq səviyyəsi yüksək deyil. Rusiya tərəfi 2009-2011-ci il paket müqavilələri əsasən həyata keçirib və əhəmiyyətli yeni müqavilələr haqqında məlumat yoxdur. Azərbaycan artıq müasir silahlara olan tələbatının bir hissəsini ödəyib. Nəhayət göründüyü kimi, hər iki tərəfdə müəyyən siyasi və iqtisadi problemlərlə bağlı olan məsələlər qalır və Rusiya rəhbərliyində müəyyən dairələr də Azərbaycana silah tədarükünə mənfi münasibət göstərirlər. Lakin indi Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni bir müqavilə paketi hazırlandığı ehtimal olunur.

- Sizin fikrinizcə, Rusiya müdafiə sənayesinin hansı yenilikləri Azərbaycanı maraqlandıra bilər?

- Hesab edirəm ki, Azərbaycanın əvvəllər Ukraynadan əldə etdiyi sovet istehsalı MiQ-29 qırıcıları köhnəlib və məhdud xidməti müddətinə malikdir, buna görə də döyüş aviasiya parkının yenilənməsi vacibdir. Ermənistanın Rusiyadan Su-30SM döyüş təyyarələrini alması, müasir döyüş təyyarələrinin alınması ilə əlaqədar Bakıda qərar qəbuletmə prosesi sürətlənə bilər. Azərbaycan Rusiyadan T-90S, BMP-3, artilleriya vasitələrinin, odsaçanların, tank əleyhinə sistemlərin alınmasına davam etməkdə maraqlı ola bilər. 


- Rusiyanın həm Azərbaycan, həm də Ermənistana silah satması faktını nəzərə alaraq, Moskvanın Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu söyləyə bilərikmi?

- Qarabağ münaqişəsinin həlli Rusiya üçün əlbəttə ki, faydalı və arzuolunandır, çünki onun mövcudluğu Cənubi Qafqazdakı sabitliyi pozur və Moskvanın həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərində ziddiyyətlər və gərginlik yaradır. Digər tərəfdən, Moskva, əlbəttə ki, bu münaqişənin yalnız Ermənistanın hesabına həll edilməsini də istəmir. Bundan başqa, Ermənistan KTMT-nin üzvüdür və Rusiyadan kömək almaq hüququna malikdir. Hesab edirəm ki, rus tərəfi erməni iddialarını maksimum dəstəkləməyə də meylli deyildir və ehtimal ki, Moskva mütəmadi olaraq ortaya atılan müəyyən bir bölgə mübadiləsi əsasında münaqişənin həllini dəstəkləyəcək.

- Rusiya və NATO arasında Soyuq Müharibənin qaynar dövrünə keçid perspektivini necə qiymətləndirirsiniz? Rusiya və NATO hərbi imkanlarını necə qiymətləndirirsiniz?

- NATO və Rusiya müharibəsinin perspektivi çox az ehtimal edilir, xüsusən də belə bir müharibənin qaçılmaz olaraq nüvə qarşıdurmasına çevriləcəyini hər iki tərəf yaxşı başa düşür. Başqa bir məsələ isə ənənəvi olaraq öz gücünü yüksək qiymətləndirmək, əks tərəfin (Rusiyanı "enən ölkə" kimi) qiymətləndirməsi və onlar üçün əlverişsiz olanı - nüvə amilini kiçiltməyə meylli olan Amerika Birləşmiş Ştatları tərəfindən kifayət qədər adekvat olmayan addımların atılması riskinin qalmasındadır. İndi bunun üzərinə Tramp administrasiyasının qeyri-sabitlik (siyasi və psixoloji) faktoru da əlavə edilib. Bütövlükdə bunlar böhran vəziyyətində ABŞ administrasiyasının müvafiq riskləri qiymətləndirmədən avantürist addımlar atmasına imkan verir. İndi beynəlxalq təhlükəsizlik üçün əsas təhlükə budur.


- Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq S-400-lə məhdudlaşacaq, yoxsa davam edəcək? Və ümumiyyətlə, mövcud şəraitdə Rusiya ilə Türkiyə arasında tarixi qarşıdurmanın keçmişdə qaldığını söyləmək mümkündürmü?

- İnanıram ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər gələcəkdə də ziddiyətli qalacaq, lakin Türkiyənin "Qərb düşərgəsindən" davamlı olaraq aralanması, Rusiya və Türkiyənin bir-birinə daha çox yaxınlaşmasını gücləndirəcək. 

Rusiya ilə Türkiyə arasındakı hərbi-texniki əməkdaşlıq, S-400 kompleksinin Türkiyəyə satılmasından sonra da davam edəcək, lakin bu hərbi-texniki əməkdaşlığın dərin əlaqələrindən daha çox siyasi əlaqələrin nümayişidir. Qarşıdurmanın keçmişdə qaldığı görünür, lakin möhkəm türk-rus ittifaqının olmayacağı aşkardır.

Rusiya ilə Azərbaycan arasında yeni hərbi müqavilə paketi hazırlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident İlham Əliyev Əli Həsənovu işdən çıxardı
    Prezident İlham Əliyev Nazirlər Kabinetində kadr dəyişikliyi edib.
     21.10.2019
    Marneulinin İmam Hüseyn məscidində Ərbəin mərasimi - FOTO
    Ərbəin münasibətilə Marneulidə yerləşən İmam Hüseyn (ə) məscidində təşkil olunub
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ