EURO 2,0859 NEFT 69,33
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:12.09.2017 12:39:51

Rusiya və İordaniya XİN başçıları arasında görüş baş tutub.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, rəsmi Mosva Suriyanın qanuni hökumətinin xahişi ilə bu ölkədə terrorçuluqla mübarizə aparır. O əlavə edib ki, Livanın “Hizbullah” hərəkatının da Suriyadakı mövcudluğu tam qanunidir.

Sergey Lavrov bazar ertəsi günü keçirilən mətbuat konfransında bəyan edib: “(Bu gün) Suriyada rəsmi Dəməşqin icazəsi olmadan fəaliyyət göstərən istənilən ölkə qanunları pozmuş hesab edilir.”

O həmçinin qeyd edib ki, ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının bəzi üzvlərinin Suriyada fəaliyyət göstərən “Nusra Cəbhəsi” terror təşkilatına yardımetmə cəhdləri də qəbuledilməzdir.

Rusiyalı nazirin iordaniyalı həmkarı Əymən əl-Səfədi də öz növbəsindən bildirib ki, rəsmi Əmman da Suriyada təhlükəsizliyi və müstəqilliyinin bərpa edilməsində maraqlıdır: “Biz Suriyadakı müharibənin sona çatmasına yönəlmiş bütün səyləri dəstəkləyirik.”

O həmçinin əlavə edib ki, İordaniya və Rusiyanın Suriya ərazisindəki deeskalasiya zonalarına dair əməkdaşlığı müsbət şəkildə davam etməkdədir.

Qeyd edək ki, Suriyanın İdlib, Homs, Şərqi Quta, Dəraa və Kunəytra əyalətlərindən deeskalasiya zonaları var.


Rusiya “Hizbullah”-ın tərəfini tutdu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ