Rusiya bu hadisədən Lazkiyəyə hücum edən İsraili məsul tutub.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi günü rus radarlarının Fransanın Aralıq dənizində olan döyüş gəmisindən bir neçə raketin atıldığını müəyyən etdiyini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, ancaq Fransa rəhbərliyi Suriyanın Lazkiyə limanına təşkil olunan hücumda iştirak etdiklərini təkzib edib.
Fransa ordusunun mətbuat katibi Fransa ordusunun Lazkiyəyə edilən təcavüzə heç vaxt qarışmadığını iddia edib.
Bu hücum zamanı Rusiyaya məxsus hərbi təyyarə vurulub, təyyarədə olan 15 rus əsgər həyatını itirib.
Rusiya bu hadisədən Lazkiyəyə hücum edən İsraili məsul tutub.
Rusiya: Fransa hərbi gəmisi raket atdı