1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:24.06.2019 12:17:13

“Dostum o qədər təəccübləndi ki..."

İslamazeri.com-un “Islam News”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiyada sosial şəbəkə istifadəçiləri 28 yaşlı azərbaycanlı barədə danışır.

Belə ki, Rusiyanın İrkutsk şəhərində meyvə satışı ilə məşğul olan Şamxal Gözəlov bank şöbəsinin yaxınlığındakı dayanacaqda olarkən, onun yanında keçən şəxsə məxus bağlama təsadüfən yerə düşür. Bunu hiss etməyən həmin şəxs dərhal avtomobilinə oturaraq ərazidən uzaqlaşıb.

Şamxal deyir ki, o, dostu ilə birlikdə həmin bağlamaya tərəf qaçdılar və onun içinə baxdılar. Paket 1000 və 5000 rublluq əskinaslarla dolu idi.

“Dostum o qədər təəccübləndi ki, dərhal telefonunu çıxararaq şəkil çəkdi. Bizim əlimizdə heç vaxt bu qədər pul olmayıb”, - deyə o danışır.

Bir an belə olsun yubanmadan, Şamxal pulu sahibinə qaytmaq üçün hərəkətə keçirb. Xoşbəxtlikdən o, pulun sahibinin maşınının model və rəngini yadda saxlayıb. Elə bu zaman əsl yarış başlayıb.

Şamxal öz avtomobili tez həmin maşına çatıb və pulun sahibinin diqqətini çəkmək üçün faraları ilə ona işarə verib. Lakin, görünür ki, onu təqib edənlərin oğru olduğunu zənn edən pulun sahibi sürətini daha da artırıb.

Şamxal cəhdlərindən sonra həmin maşınla bərabərləşib və bağlamanı sürücüyə göstərib. Ancaq bundan sonra həmin şəxs avtomobilini saxlayıb. Mat qalmış sürücü öz gözlərinə inanmaqda çətinlik çəkib.

Şamxal deyir ki, pul sahibi ona pul mükafatı vermək istəsə də, o, bundan imtina edib. Bununla belə, pulların sahibi israr edərək Şamxala bu əməlinə görə həm təşəkkürünü bildirib, həm də onu mükafatlandırıb.


Rusiya bu azərbaycalıdan danışır - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda araq istehsalı kəskin artıb
    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artaraq 889,2 min dekalitr təşkil edib.
     20.07.2019
    Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ