Rusiyanın hərbi təlimlər üçün Belarusa iki S-400 hava hücumundan müdafiə sistemi göndərdiyi bildirilir.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada S-400-lərin Belarusda Rusiya ilə "Müttəfiq qətiyyət-2022" adlı birgə hərbi təlimə qatılacağı bildirilib.
Açıqlamada təlim üçün S-400-lərdən əlavə, "pantsir-S" hava hücumundan müdafiə raket sistemlərinin və 12 ədəd "Su-35" döyüş təyyarəsinin Belarusa göndəriləcəyi qeyd edilib.
"Müttəfiq qətiyyət-2022" birgə hərbi təlimi fevralın 10-da başlayacaq.
Rusiya Belarusa iki S-400 hava hücumundan müdafiə sistemi göndərib